Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Terrorçu Sepah Güney Azərbaycanda seçici toplamaq üçün kampaniya aparır

GADTB-nin Mətbuat Mərkəzinin “Amerikanın səsi”nə istinadən yaydığı məlumata görə, Əli Xameneyiyə yaxın qüvvələr iyun ayında keçiriləcək prezident seçkilərində Güney Azərbaycanda seçici fəallığını yüksəltmək üçün kampaniya aparır.

Terrorçu Sepah və onun könüllü “Bəsic” qüvvələri Twitter və Instragmda türk və fars dillərində paylaşdıqları #Azərbaycan_Dayaqdır və #Təbriz_Öndədir kimi haştaqlar ilə səsverməyə qatılaraq İslam İnqilabına bağlılıqlarını nümayiş etdirəcəklərini ifadə edirlər.

“Azərbaycan_Dayaqdır” haştaqını paylaşan istifadəçilər Güney Azərbaycanda hökümətyönlü qüvvələrin təşkil etdiyi mitinqlərdə səsləndirilən “Azərbaycan oyaqdır, inqilaba dayaqdır” şüarına işarə edirlər.

#Azərbaycan_Dayaqdır haştaqını paylaşan Təbrizin mühafizəkar millət vəkili Ruhullah Mütəfəkkir Azad yazıb ki, “qəhrəman Azərbaycan inqilabın bütün kritik dönəmlərində əsas və aparıcı rol oynadığı kimi inqilabın bu mərhəsində də yüksək əhval-ruhiyyə ilə seçkilərə qatılaraq namizədlərin ən yaxşısını seçəcəkdir.”

Kampaniyaya qatılan istifadəçilər arasında Mütəfəkkir Azad kimi həqiqi şəxslər olsa da, yüzlərlər bot və trol hesablar da görünür. Bu hesabların bir çoxunda “Türk qızı” və “Anam Azərbaycan” kimi türk fəalların istifadə etdiyi adlara oxşar istifadəçi adları seçilib.

İranda ancaq Xameneiyə bağlılıqlarını sübut etmiş siyasətçilər prezident seçkilərinə namizəd ola bilir. İslam Respublikasının ideyaları və Xameneiyə bağlı olduğuna şübhə ilə baxılan namizədlər Nigəhban Şurası (Konstitusiyanı Qoruma Şurası) tərəfindən diskvalifikasiya edilir. Bu durum İranın müxtəlif bölgələrində seçici aktivliyinin aşağı səviyyəyə düşməsinə yol açır.

Güney Azərbaycanda keçirilən məclis seçkilərində bəzi namizədlərin türk dilində təhsil məsələsini gündəmə gətirməsi seçici fəallığının artmasına səbəb ola bilir. Ancaq keçmiş illərdə türklər və digər qeyri-fars icmaların yaşadığı bölgələrdə prezident seçkilərində iştirak səviyyəsi olduqca aşağı olub.

Həmçinin yoxlayın

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Quluncu kəndində tarixi türkcə məhəllə adları bərpa edilib

GADTB: Quluncu kənd bələdiyyəsi kəndin məhəllələrinə aid çoxsaylı tarixi türk adları küçələrdə quraşdırılan lövhələrdə əks …