Cümə axşamı , Oktyabr 10 2024
azfa

Tikantəpədən olan yarasız millət vəkili Humayun Haşiminin oturacağına öyrəncilər kartof qoydu – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan vilayətinin Tikantəpə şəhərindən olan üzdən iraq millət vəkili Humayun Haşimiyə etiraz olaraq azərbaycanlı öyrəncilər oturacağına 2 kilo kartof qoydular.

Məlumata görə, Tikantəpənin Pəyaminur Universitetində Öyrənci Günü münasibəti ilə keçirilən mərasimdə Tikantəpə Şəhər İcra Hakimiyyətinin başçısı, Bələdiyyə başçısı, şəhərin imam cüməsi və digər məsullar iştirak edib.

Tikantəpəli öyrəncilər mərasimdən əvvəl şəhərin zərərverici millət vəkili Humayun Haşiminin tədbirə qatılmasını istəyiblər.  Lakin Humayun Haşimi mərasimdə iştirak etməyib. Bundan sonra öyrəncilər yararsız millət vəkilinin mərasimə qatılmaması və 4 il müddətində zəif fəaliyyət göstərməsinə etiraz olaraq onun üçün nəzərdə tutulan oturacağa 2 kq kartof qoyublar.

Öyrəncilər bununla bildiriblər ki, bu şəhərdə 2 kq kartof Humayun Haşimidən daha çox faydalıdır.

Qeyd edək ki, Humayun Haşimi verdiyi çoxsaylı vədlərə rəğmən ötən 4 il müddətində çox zəif fəaliyyət göstərib və hətta Güney Azərbaycana qarşı terrorçuları dəstəkləyib. Belə ki, o Tikantəpə Şəhər Şurasının radikal kürd üzvü Hüseyn Mikaili ilə Azərbaycana qarşı yaxından əməkdaşlıq edib və öz millətinə və vətəninə xiyanət edib.

Publicerat av Ali Huseyn Onsdag 11 december 2019

Həmçinin yoxlayın

Molla rejimi qüvvələrini geri çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran İsrailin mümkün hücumlarından ehtiyat edərək Suriya və …

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 …

Bir cavab yazın