Çərşənbə axşamı , May 26 2026
azfa

Türk əməkdaşlıq qurumları TÜRKPA Katibliyində toplaşdı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, TÜRKPA, Türk Şurası, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Türk Akademiyasının dördüncü koordinasiya iclası keçirilib.

Bakıda, TÜRKPA Katibliyində keçirilən iclasda Türk Şurasının baş katibi Ramil Həsənov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Türk Akademiyasının daimi katibi Asxat Kessikbayev iştirak ediblər.

İclasın moderatoru olan TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov iştirakçıları Assambleyanın 2017-ci il üzrə fəaliyyəti, 2018-ci il üçün planları və layihələri barədə məlumatlandırıb.

Sonra türk əməkdaşlıq təşkilatlarının nümayəndələri öz fəaliyyətləri barədə danışıb, katibliklər arasında koordinasiya işi və məlumat mübadiləsinin təkmilləşdirilməsi ilə bağlı razılığa gəliblər.

Həmçinin tərəflər TÜRKPA-nın 10-cu, TÜRKSOY-un 25-ci, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümləri və türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi də daxil olmaqla mühüm tədbirlərin birgə qeyd olunması kimi məsələlər barədə razılıq əldə ediblər.

Növbəti koordinasiya iclasının 2018-ci ildə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ev sahibliyi ilə keçirilməsi qərara alınıb.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …

Bir cavab yazın