Bazar ertəsi , İyul 20 2026
azfa

Türk dövlət başçıları koronavirus təhlükəsilə bağlı bir araya gəlir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Şurasının üzv ölkələrinin liderləri arasında yaxın günlərdə COVID-19 virusuna qarşı birgə tədbirlərə dair onlayn müzakirələr aparılacaq.

Bu barədə Özbəkistan xarici işlər nazirinin müavini İlham Nemətov Beynəlxalq Mətbuat Klubunun iclasında bildirib.

İclasda pandemiyaya qarşı mübarizədə dünya birliyinin həmrəylik göstərə bilib-bilməməsi, Özbəkistanın koronavirusa qarşı tədbirlərinin beynəlxalq aləmdə necə dəyərləndirilməsi və başqa məsələlər müzakirə mövzusu olub.

Özbəkistanın koronavirusa qarşı fevral ayından mübarizə apardığını diqqətə çatdıran nazir müavini pandemiyanın yaratdığı çətinliklərdən danışaraq bildirib: “Bu gün hər bir dövlət səlahiyyəti, imkanları, iqtisadi inkişafı baxımdan pandemiya üzündən çox ağır vəziyyətə düşüb”.

İndiyədək xaricdə olan vətəndaşlarının xeyli hissəsini vətənə qaytardıqlarını vurğulayan İ.Nemətov Qazaxıstandan 7 minə yaxın, Çindən 3,5 min, Türkiyədən də mindən artıq özbəkistanlının ölkəyə gətirildiyini qeyd edib.

Həmçinin ilk dəfədir MDB sədri olan Özbəkistanın planlarında dəyişiklik olmadığı, vəziyyətin normallaşacağı təqdirdə oktyabr ayının 26-na nəzərdə tutulan sammitdə 11 sənədin imzalanacağı qeyd olunub.

Həmçinin yoxlayın

Ermənistandakı tikinti layihələrinin üçdə ikisini İran şirkətləri icra edir

GADTB: İran parlamentinin erməni millət vəkili Ara Şahverdyan bildirib ki, hazırda Ermənistanda həyata keçirilən texniki, …

İsrailin İran İslam Respublikası qarşısında son ssenariləri

GADTB: İsrail tam döyüş hazırlığı vəziyyətinə gətirilib və bu ölkəni İran İslam Respublikası ilə müharibəyə …

Bir cavab yazın