Türk dünyasını da təsir dairəsinə alan soyuq müharibə qayıdıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT baş katibi Antoniu Qutteriş beynəlxalq münasibətlərdə “Soyuq müharibə”nin geri qayıtdığını bildirib.

Qutteriş BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, “Soyuq müharibə” qayıtsa da, keçmişdə olduğu kimi gərginliyin artmasının qarşısını almaq üçün nəzarət mexanizmi artıq yoxdur.

BMT baş katibi Yaxın Şərqdəki vəziyyətin beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyini vurğulayıb: “Yaxın Şərqdə xaos dünyada sülh və təhlükəsizliyi təhdid edəcək miqyasdadır”.

Qutteriş onu da qeyd edib ki, Suriyada kimyəvi silahın tətbiqi barədə ittiham peşəkar və müstəqil tədqiqatın aparılmasını tələb edir.

Qeyd edək ki, yeni soyuq müharibə Türk dünyasına, xüsusilə Türkiyə və Azərbaycanı ciddi təsir dairəsinə almaqdadır.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın