Türk Şurasından “erməni soyqırım”ı açıqlaması

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevin qondarma erməni soyqırımı ilə bağlı bəyanat yayıb.

Onun bəyanatında deyilir ki, erməni ideoloqlarının düşmənçilik doqması əsasında qondarma erməni soyqırımı ilə əlaqədar Türkiyə Respublikasına qarşı irəli sürdüyü və bəzi dövlətlər tərəfindən dəstəklənən iddialar tarixi saxtalaşdırmaqla siyasi məqsədlərə çatmaq məqsədi daşıyır.

Bəyanatda həmçinin deyilir ki, tarixi həqiqətləri araşdırmadan, hadisələrə siyasi və hüquqi qiymət vermək, onlarla bağlı mühakimələr irəli sürmək və bunu xüsusilə də kollektiv şüura nifrət, tarixi ədavət və qisas hissləri yeridərək həyata keçirmək insanlıq, vicdan və mərhəmət kimi dəyərləri təhdid edir, xalqların qarşılıqlı anlaşma və sülh şəraitində yaşamalarına təhlükə yaradır. Bölgədə mövcud olan münaqişələr, qaçqın və məcburi köçkünlərin problemləri əsasən bu hadisələrin məntiqi nəticəsidir.

Bəyanatda qeyd edilir ki, müasir beynəlxalq münasibətlər və bu günə qədər baş verən bütün faciəvi hadisələr şəffaf və ədalətli şəkildə araşdırılmalıdır. Bu mənada, tarixçilər tərəfindən 1915-ci il hadisələrini araşdırmaq və bu məqsədlə arxivləri açmaq üçün birgə tarix komissiyasının yaradılması ilə bağlı Türkiyə Respublikasının təşəbbüsü təqdirəlayiqdir.

Bağdad Amreyevin bəyanatında deyilir: “Biz əminik ki, alimlər və tədqiqatçılar tərəfindən tarixi faktların qərəzsiz şəkildə araşdırılması və qiymətləndirilməsi 105 il əvvəl baş vermiş hadisələrə aydınlıq gətirəcək”.

Həmçinin yoxlayın

İsrail ordusu İrana mümkün hücuma hazırlaşır

GADTB: İsrailin Milli Xəbərlər nəşri ordunun İrana qarşı mümkün hücum ssenarilərinə aylarla əvvəlcədən hazırlaşdığını bildirib. …

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək

GADTB: Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə …

Bir cavab yazın