Türkiyə baş konsulu zəlzələ bölgəsinə yardıma görə Güney Azərbaycanda əhaliyə təşəkkür etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə Türkiyənin Baş Konsulluğu videomüraciət yaymaqla azərbaycanlılar tərəfindən toplanan humanitar yardımın ən qısa zamanda zəlzələdən zərər çəkmiş bölgələrə göndəriləcəyini açıqlayıb.

Baş konsul Fəhim Çətin yardımların Təbriz, Urmiya və başqa bir neçə şəhərdən də edildiyini deyib.

Baş Konsul zəlzələdən sonra Urmiya Baş Konsulluğu ilə əlaqə saxlayan və başsağlığı bildirən urmiyalıların həmrəyliyini yüksək qiymətləndirib və onlara təşəkkür edib.

Qeyd edək ki, fevralın 14-də təbrizlilər də zəlzələdən zərər görənlərə yardım və Türkiyə ilə həmrəy olduqlarını bildirmək üçün konsuluğa gediblər.

Azərbaycanlı fəallar Təbrizdə zəlzələdən zərər çəkənlərə çatdırılması üçün 250 odeyal, istilik qurğuları və başqa zəruri malları Türkiyə konsulluğuna təhvil veriblər.

Həmçinin yoxlayın

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …

“Nyu-York Tayms”: Tramp İranla razılaşma üçün irəli sürülən şərtləri sərtləşdirib

GADTB: “Nyu-York Tayms” qəzetinin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başa çatdırılması …