Bazar , Sentyabr 6 2026
azfa

Türkiyə  “Hurjet”in “F-35″i geridə qoyacağını deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin hazırladığı yüngül hücum təyyarəsi “Hurjet” performans xüsusiyyətlərinə görə Amerikanın beşinci nəsil “F-35” qırıcısını geridə qoyacaq.

Bu bəyanatla ölkənin müdafiə sənayesi idarəsinin rəisi İsmayıl Dəmir çıxış edib.

“Yüngül hücum təyyarəmiz “Hurjet” gələn il ilk uçuşunu edəcək. Qırıcımız “F-35″dən daha təkmil xüsusiyyətlərə malikdir. Təyyarə gələn il martın 18-də anqardan çıxarılacaq”, – deyə Star qəzeti onun sözlərinə sitat gətirib.

Nazir, türk hücum təyyarəsinin Amerikanın beşinci nəsil qırıcı-bombardmançısını tam olaraq hansı xüsusiyyətləri ilə üstələyəcəyini izah etməyib.

“Hurjet” Türkiyənin “Hürkuş” təlim-məşq təyyarələrinin reaktiv versiyasıdır. O, 2017-ci ildən Türkiyənin aerokosmik şirkəti TAI (Turkish Aerospace Industries) tərəfindən hazırlanıb. “Hurjet” 13,7 min metrə qədər yüksəklikdə uçacaq və üç min kq-a qədər faydalı yük daşıyacaq. Əvvəllər hücum təyyarəsinin ilk uçuşunun 2022-ci ildə baş tutacağı gözlənilirdi, lakin sonra 2023-cü ilə təxirə salınıb.

Həmçinin yoxlayın

CENTCOM sözçüsü: Hörmüz boğazından 1 600 ticarət gəmisinin və 800 milyon barrel neftin keçməsinə kömək etmişik

GADTB: “New York Times” yazıb ki, müharibənin başlamasından altı aydan çox vaxt keçməsinə baxmayaraq, İranın …

Müctəba Xameneinin Londonda iki lüks mənzili satışa çıxarılıb

GADTB: Londonun “Sunday Times” qəzeti yazıb ki, Londonun Kensinqton sarayına baxan və Müctəba Xameneinin iki …