Çərşənbə axşamı , May 19 2026
azfa

Türkiyə ordusu şəhidlərin qisasını aldı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinə məxsus ATAK helikopteri terrorçu mövqelərinə hücum edib.

Məlumata görə, Afrinin qərbində aşkar edilən 9 terrorçu ATAK helikopterinin endirdiyi zərbələr nəticəsində məhv edilib.

Qeyd edək ki, Suriyanın Afrin şəhərinin Kəl Təpə adlanan ərazisində yaşanan şiddətli silahlı atışmalarda bir neçə türkiyəli hərbçinin şəhid olduğu, bir neçəsinin də yaralandığı bildirilib.

Sözügedən ərazidə PKK/YPG terrorçuları tunellərdən hücuma keçməyə cəhd göstərib. Lakin türk ordusunun qətiyyətli və effektiv əməliyat tədbirləri nəticəsində terrorçuların qarşısı alınıb.

YPG-çilərin hücuma keçdiyi ərazi intensiv atəşə tutulub və havaya qalxan ATAK helikopterləri terrorçuların gizləndiyi ərazilərə aviazərbələr endirib.

Yaralı hərbçilərin Hataydakı xəstəxanalara aparıldığı bildirilib.

Aparılan əməliyyatlar zamanı 3 türk əsgəri şəhid olub, 7-si isə yaralanıb.

Hac Bilal kəndi ilə Kəl Təpə istiqamətində gedən döyüşlərdə 23 YPG-çinin də məhv edildiyi bildirilib.

Qeyd edilib ki, ordunun kişik qrupu irəliləyən zaman anidən tunellərdən qat-qat çox sayda – 100-ə yaxın terrorçu hücuma keçib.

Şiddətli atışmalar olmasına baxmayaraq, əraziyə gələn və yaralıları çıxarmaq istəyən bir helikopter də zədə alıb.

Türkiyə Silahlı Qüvvələri şəhid sayının artdığı barədə növbəti açıqlama yayıb. Məlumatda daha 5 əsgərin şəhid olduğu bildirilib.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …

Bir cavab yazın