Türkiyə ordusu terrorçu PKK-nın “alınmaz qalası”nı aldı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri Qəndilə yekun hücum ərəfəsində terrorçu PKK-nın sonuncu dayaq nöqtəsi hesab olunan Hakurka daxil olub. Bununla da TSQ bir gün ərzində Şimali İraqda 4 kilometrə qədər irəliləyib.

Məlumata görə, TSQ əvvəlcə Hakkari bölgəsinin Çukurca mahalından İraq torpaqlarına daxil olub və 10 kilometrə qədər irəliləyib. Daha sonra türk ordusu Avaşin-Basyan bölgəsinə çatıb. Burada ən mühüm əngəl isə Hakurk olub. Həssas bölgələr, dərin vadilər, yüksək təpələr bir-bir ələ keçirilib. Türk əsgəri terrorçuların Qəndildən öncəki sonuncu dayaq nöqtəsi olan Hakurka çatıb. Təkcə Hakurk bölgəsində 200 PKK terrorçusu öldürülüb. PKK-nın bölgəyə göndərdiyi əlavə qüvvələrin də məhv edildiyi nəzərə alındıqda bu rəqəmin daha yüksək olduğu qeyd olunur.

Türkiyəli hərbi ekspertlər əməliyyatın bu mərhələsinin psixoloji baxımdan vacib olduğunu açıqlayıb. Çünki bölgədə PKK terror qruplaşmasının həm təlim düşərgələri, həm də qondarma məhkəməsi mövcud olub. Əməliyyat nəticəsində bölgədəki terrorçular məhv edilib. Türk ordusu Qəndil yolu boyunca PKK-nın “alınmaz” adlandırdığı ərazilərdə bir-bir nəzarəti ələ keçirib. Sinat-Haftanin, Zap və Hakurk bölgələri təmizlənib. Əslində, Afrin əməliyyatı zamanı ağır itki verən terror qruplaşması türk əsgərini cənub-şərqdə hədəf alacağını açıqlasa da, bu cəhdləri boşa çıxarılıb.

Ekspertlərin fikrincə, Türkiyənin bu həmləsini “strateji mühasirə əməliyyatı” adlandırmaq olar. Əməliyyatın ən vacib detallarından biri isə İraq Kürd Muxtariyyəti və İraq mərkəzi hakimiyyəti ilə yanaşı, İranın da dəstəyini almaq olub. Çünki terror qruplaşmasının liderləri Murad Qarailan və Cəmil Bayık kimi şəxslərin Qəndil dağının İran hissəsində yerləşən düşərgələrə qaçdığı iddia olunub. İrana qarşı beynəlxalq təzyiq və son dövrlərdə PKK-nın İran qanadı PJAK-a qarşı Tehran hökumətinin əməliyyatları da Ankaranın əlini gücləndirib.

 

Həmçinin yoxlayın

Təbrizdə Azərbaycan Türk Milləti İran rejiminə qarşı möhtəşəm etiraz mitinqi keçirdi -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbrizdə Azərbaycan Türk Milləti əl-Əhvaz ərəblərinin …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Ermənistana silah, bizə fətva verən Tehran” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın