Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Türkiyənin ən böyük döyüş gəmisi hazır vəziyyətdə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmail Dəmir sözügedən mövsu ilə bağlı deyib ki, dünyanın ilk silahlı pilotsuz uçuş aparatı – SİHA gəmisi və Türkiyənin ən böyük döyüş gəmisi olan “TCG Anadolu” xidmətə hazırdır.

Türkiyə Hərbi Dəniz Donanmasının flaqmanı olacaq “TCG Anadolu” üçün geri sayım başlayıb.

Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmail Dəmir “TCG Anadolu” gəmisinin dəniz donanmasına təhvilverilmə mərasiminin 17 martda keçiriləcəyini açıqlayıb.

Göz bəbəyi və Türkiyə donanmasının ən böyük döyüş gəmisi 9 min mil məsafədə mavi vətəndən okeanlara çıxacaq. Bundan əlavə, 36 ay ərzində daha 3 milli freqat hazırlanacaq ki, bu da Türkiyənin mavi sulardakı gücünü daha da gücləndirəcək.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …