Çərşənbə , Fevral 11 2026
azfa

Türkiyəyə çoxsaylı terrorçu göndərildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə və Rusiyanın İdliblə bağlı razılaşmasından sonra Suriya Prezidenti Bəşər Əsəd yeni bir oyun planlaşdırıb. Əsəd kirli oyuna əl ataraq, Türkiyəyə 400 İŞİD-çi göndərib.

Terrorçuların ötən gün səhər saatlarında Türkiyəyə göndərildikləri bildirilib. Əsəd rejimi bununla İdlib anlaşmasında mövcud durumu dəyişdirmək üçün hərəkətə keçib. Terrorçuların Türkiyədə qarışıqlıq yaratması, bundan sonra isə Suriya və Rusiyanın hücumlara başlaması planlaşdırılır.

Qeyd edək ki, Soçi görüşündə Ərdoğanla Putinin razılaşmasından Əsəd rəhbərliyi məmnun qalmadığını bəyan edib. Ancaq Rusiya qarşı tərəfi razı sala biləcəyi barədə açıqlama vermişdi.

Digər tərəfdən isə Türkiyə ordusu Siirt bölgəsinin Baykan mahalında PKK terrorçularına qarşı əməliyyat keçirib. Qışa hazırlıq görən terrorçuların istifadə etdiyi 3 mağara aşkar edilib.

Mağaralarda silahlar, 291 patron, 4 əl bombası, terrorçulara məxsus döş nişanı və digər ləvazimatlar ələ keçirilib. Bundan əlavə, 2-si qadın olmaqla, 5 terrorçu yaxalanıb.

Həmçinin yoxlayın

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq …

Bir cavab yazın