Ukrayna İran səfirini ölkədən qovur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiyanın Ukraynaya hücumda İran dronlarından istifadə etməsinə cavab olaraq, İranın bu ölkədəki səfirinin etimadnaməsini geri götürməyə və İranın Kiyevdəki səfirliyinin əməkdaşlarının sayını əhəmiyyətli dərəcədə azaltmağa qərar verdiyini açıqlayıb.

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanat;nda vurğulanır: ”Ukraynaya qarşı müharibədə Rusiyaya silah vermək Ukrayna və İran əlaqələrinə ciddi zərbə vuran qeyri-dostcasına addımdır”.

Qeyd edək ki, cümə günü Ukrayna ordusu Odessa limanı yaxınlığında İrana məxsus altı ədəd “Şahid-136” kamikadze dronunu vurduğunu bildirib.

Bu xəbərə reaksiya verən Volodimir Zelenski deyib ki, İslam Respublikası Ukrayna vətəndaşlarına və bu ölkənin ərazi bütövlüyünə zərbə vurur.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …