Urmiyanın Təxti stadionunda milli şüarlar səsləndi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün oktyabr ayının 10-da azərbaycanlı tərəfdarlar Urmiyanın Təxti stadionunda Urmiyanın 90 futbol komandası (Sarı durnalar) ilə Ərakın Aluminium komandası arasında keçirilən yarışda milli şüarlar səsləndiriblər. Azərbaycanlı fəallar “Nə mutlu türkəm deyənə”, “Azərbaycan var olsun istəməyən kor olsun” və s. şüarlar səsləndiriblər.

Stadiona gələn azərbaycanlı tərəfdarlar həmçinin əllərində “Urmu Azərbaycanın qəlbidir” şüarı yazılmış plakardlar qaldırmışlar. Beləliklə onlar mühacir kürdlərin ərazi iddiasına və Urmiyaya rejim tərəfindən kürd valinin təyin edilməsinə etiraz etdilər.

Qeyd edək ki, Urmiyanın 90 futbol komandası (Sarı durnalar) ilə Ərakın Aluminium komandası arasında yarış 1-0 hesabı ilə Urmiyanın komandasının xeyrinə sona çatıb.

 

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …

Bir cavab yazın