Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

ÜST: İran 17 ölkəni koronavirusa yoluxdurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının İraq üzrə rəsmi nümayəndəsi doktor Ədhəm İsmayil iki gün öncə İraqın Əliraqiyyə televiziyasına müsahibəsində İranın koronavirusun Qumda yayılması ilə bağlı məlumatları gizlətməsini bəşəriyyətə qarşı cinayət adlandıraraq deyib ki, əgər İran olmasaydı İraqda heç kim koronavirusa yoluxmazdı.

ÜST-ün rəsmi nümayəndəsi həmçinin bildirib ki, İran koronavirusun Çində yayılması mərhələsində səhlənkarlıq etdi və Çinlə gəliş-gedişi dayandırmadı. Eyni zamanda Çindən koronavirusu Quma gətirib yaydıqdan sonra Qumun karantinə alınmasına mane oldu. Bunun ardınca yaranan kritik dövrdə məclis seçkiləri keçirdi. Əgər Qum karantinə alınıb və seçkilər keçirilməsə idi koronavirus yayılmazdı.

O həmçinin bildirib ki, İran ziyarət mərkəzlərini bağlamamaq və ciddi sanitar qaydalara riayət etməməklə çox sayda qonşu ölkəni koronavirusa yoluxdurdu. İran 17 ölkəni birbaşa koronavirusa yoluxdurdu. Əgər İran olmasaydı İraqda kimsə koronavirusa yoluxmazdı.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın