Çərşənbə , Avqust 12 2026
azfa

Xamenei qeyri-farsların problemindən danışmağı özünə təhlükə hesab etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei mayın 27-də 11-ci çağırış məclisin açılışı münasibətilə göndərdiyi mesajda “etnik mənsubiyyət və bölgələr əsasında qruplaşmanı” məclis üçün təhlükəli hesab etdiyini açıqlayıb.

Ə.Xameneinin rəsmi internet səhifəsində bu barədə deyilir: “Şəxsi və partiya maraqlarını gündəmə gətirmək, işdə səhlənkarlıq, eləcə də sağlam olmayan etnik, regional və tayfa mənsubiyyəti əsasında qruplaşma ciddi təhlükədir”.

Xamenei beləliklə irqçi fars-molla rejimi tərəfindən onsuz da zülm və ayrıseçkiliyə məruz qalan qeyri-farsların hər hansı probleminin gündəmə gətirilməsinə belə qarşı çıxıb.

Molla rejiminin cinayətkar rəhbəri türk millət vəkillərinin bir fraksiyada birləşməsinə də beləliklə qarşı olduğunu açıq şəkildə elan etmiş oldu.

Həmçinin yoxlayın

ABŞ senatoru; İran rejiminin Hörmüz boğazı yaxınlığındakı qalıq hərbi imkanları məhv edilməlidir

GADTB: ABŞ Senatının respublikaçı üzvü, senator Tom Koton İran rejiminin rəhbərləri ilə məqbul bir razılaşmanın …

Mossadın keçmiş rəhbəri: Fordo nüvə obyektinə bir neçə dəfə baş çəkmişəm

GADTB: Mossadın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo nüvə obyektinə keçmişdə bir neçə dəfə baş …

Bir cavab yazın