Bazar , Sentyabr 27 2026
azfa

Xristianların müsəlmanlara hərbi təcavüzünü pislədiyi üçün İranın yaxaladığı Şiva Mücərrəd zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın antiislam rejimi iyulun 16-da Güney Azərbaycan şəhərlərində müsəlman Azərbaycana xristian Ermənistanın təcavüzünü pisləmək məqsədilə keçirilən mitinqlərdə iştirak edənlərə divan tutub və yaxaladığı onlarla azərbaycanlıdan Urmiyada həbsə atdığı azərbaycanlı fəal Şiva Mücərrədi vəsiqə qarşılığında müvəqqəti zaminə buraxıb.

İyulun 16-da Urmiyada Azərbaycan dəstək aksiyası ərəfəsində həbs edilən milli-mədəni fəal Şiva Mücərrəd 50 milyon tümənlik mülki vəsiqə qarşısında müvəqqəti zaminə buraxılıb.

Şiva Mücərrəd xristian Ermənistanın müsəlman ölkəsi Azərbaycana təcavüzünü pislədiyi üçün antiislam İran rejimi tərəfindən “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq”da günahlandırılıb. Görünür İran rejimi xristian təcavüzü qarşısında müsəlmana dəstək nümayiş etdirmək üzdəniraq “İran İslam Respublikası”nın əleyhinə təbliğ hesab edilir!!!!!

Bundan öncə isə Urmiyada eyni məsələ ilə əlaqədar rejimin yaxaladığı digər milli fəallar Fərid Xurşidi və Salar Tahir Əfşar da iyulun 21-də 50 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …

Bir cavab yazın