Şənbə , Aprel 27 2024
azfa

Yakut türkləri Rusiyanın dil qanununa etiraz olaraq mitinq keçirdilər

Rusiyanın işğalında olan Saxa Respublikasının Yakutsk şəhərində fəallar Rusiya federal hökumətinin yakut türkcəsinin orta məktəblərdə icbariliyinin ləğvi barədə qərarına qarşı etiraz edirlər.

İyunun 7-də 150 fəal Saxa rayonunda icazəsiz aksiyaya çıxıb. Nümayişçilər Təhsil Nazirliyinin etnik regionlarda yerli dillərin tədrisinin könüllü əsasa keçirilməsinə qarşı çıxış edirlər. Bu barədə qətnaməni imzalamış fəallar bildirirlər ki, Moskvanın qərarı Saxa-Yakutiya Respublikasının öz ana dilini dövlət dili etməsi kimi konstitusiya hüququnu pozur.

Nümayişin təşkilatçısı Feliks Antonov Azadlıq Radiosuna deyib ki, aksiya yerli Dövlət Məclisinin sessiyasından bir gün əvvəl keçirilir. Bu sessiyada təhsil haqqında federal qanuna düzəliş edilməlidir.

Bir milyonadək sayı olan yakut türkləri həm də Yakutiya kimi tanınan Saxa Respublikası əhalisinin yarısını təşkıl edirlər. Son aylarda Rusiyanın etnik rayonlarında dil məsələsi bir çox ziddiyyətlərə səbəb olub.

Putin 2017-ci ilin iyulunda bəyan etmişdi ki, ölkənin etnik regionlarında yerli dillərin qeyri-millətin nümayəndələrinə icbari öyrədilməsi yolverilməzdir. O federal prokurorlara bu sərəncamı pozanlara qarşı hüquqi tədbir görülməsinə göstəriş vermrşdi.

Bu bəyanatdan sonra Rusiyanın etnik regionlarında yerli dillərin icbari tədrisi dayandırılıb.

Ötən aprel ayında Tatarıstan Respublikasında valideynlər tatar türkcəsinin icbari tədrisinin qaytarılmasını tələb edirdilər.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın