Şənbə , İyun 13 2026
azfa

Yaxalanan azərbaycanlı fəala vəkili ilə görüşə və telefon əlaqəsinə icazə verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Behnam Nurməhəmmədiyə vəkili ilə görüşmək və telefon əlaqəsi saxlamaq qadağan edilib. Heç bir günahı olmayan, yalnız mədəni fəaliyyətinə görə yaxalanan fəalın müvəqqəti həbs müddəti də uzadılmışdır.

Məlumata görə, bu il mart ayının 14-də Tehranda tutularaq Evin zindanına salınan azərbaycanlı milli-mədəni fəal Behnam Nurməhəmmədinin müvəqqəti saxlanma müddəti aprel ayının 30-dək uzadılmışdır. Behnam Nurməhəmmədinin ailəsi mart ayının 22-də Tehran Məhkəməsinə müraciət etdikdə onlara bildirilmişdi ki, fəalın müvəqqəti saxlanma müddəti aprelin 30-dək uzaldımışdır.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Behnam Nurməhəmmədi iki həftə öncə Tehranda öz iş yerində irqçi fars rejiminin təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb. Fəal mədəni fəaliyyətlərlə bağlı, o cümlədən türkcə təqvim çap etdiyinə görə irqçi fars rejimi tərəfindən saxlanılıb. Bu isə irqçi fars rejiminin nə dərəcədə antitürk və irqçi olduğunu açıq sübutdur.

Həmçinin yoxlayın

“Savalan qonur ayının evidir” şüarı ilə ekoloji yürüş keçirilib

GADTB: Ətraf mühit həftəsi münasibətilə Savalan dağı ətrafında “Savalanın qonur ayı tərəfdarları” adlı dağ yürüşü …

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …

Bir cavab yazın