GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yüz minlərlə insanı öldürən koronavirus pandemiyasının səbəbkarları Çin və bu ölkənin əlaltısına çevrilən ÜST prezidentinə qarşı istintaq tələbi gündəmə gəlir.
ABŞ Konqresi Nümayəndələr Palatasının senatoru Maykl Makkaul Çin hökuməti və Ümumdünya Səhiyyə Təşkilatı barəsində istintaq başladılmasını tələb edib.
Palatanın Xarici Əlaqələr Komitəsinin üzvü koronavirusun pandemiyaya çevrilməsinə səbəb olan yanlışlıqlara görə araşdırma başlanmasını istəyib.
Senator yazılı açıqlamasında bu fikirlərə yer verib: “Xarici Əlaqələr Komitəsi xüsusilə pandemiyanın ilk günlərində Çin Kommunist Partiyasının və Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adhanom Qebreyesusun işlərini araşdırmalıdır. Çox senatorun respublikaçı həmkarlarıma qoşularaq bu istintaqı adil və bitərəf formada aparacağına ümid edirəm. Tarixdəki xətalardan dərs almasaq, onları yenidən yaşamağa məhkum olarıq”.