Cümə axşamı , İyun 25 2026
azfa

Yüzlərlə azərbaycanlı fəalın həbsi və hədələnməsinə baxmayaraq Babək Qalası Qurultayı baş tutdu – Videolar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi Babək Qalası Qurultayının keçirilməsinin qarşısını almaq üçün 4 gün öncədən tanınmış azərbaycanlı fəalların həbsinə və mərasimə qatılmamaları üçün çağrılaraq hədəlnməsinə başladı.

İrqçi fars rejimi indiyə qədər təxminən 90 nəfər azərbaycanlı fəalı yaxalamış və yüzlərlə fəalı isə hədələyərək mərasimə qatılmalarına mane olmuşdur. Ümumiyyətlə rejimin Azərbaycan türk millətinə yaratdığı bütün maneələrə baxmayaraq, Babək Qalası Qurultayı baş tutub.

Qurultayda iştirak edən azərbaycanlı fəallar Azərbaycanın milli marşını oxumuş, “Türk dilində mədrəsə-olmalıdır hər kəsə”, “Azərbaycan bir olsun-mərkəzi Təbriz olsun” və s. şüarlar səsləndiriblər.

Babək Qalası Qurultayının keçirilməsinə aid bir neçə videonu təqdim edirik:

 

Həmçinin yoxlayın

İran və Ermənistan yeni ticarət və tranzit marşrutlarını müzakirə edib

GADTB: Dünən İrəvanda Ermənistan İqtisadiyyat Nazirliyində İran və Ermənistan rəsmilərinin iştirakı ilə iki ölkə arasında …

Türkiyə iyul ayında NATO liderlərinin sammitinə ev sahibliyi edəcək

GADTB: NATOnın 36-cı liderlər sammiti 7–8 iyul tarixlərində Türkiyəndə keçiriləcək. Sammitdə NATO-ya üzv olan 32 …

Bir cavab yazın