
GADTB: Bu ərazilərə gəlmək üçün haylar Osmanlının türk və türkmənlərə qarşı hörmətsizliyindən, bölgədə qədim tarixi olan Qaraman (Qıpçaq) – Ərməniyyəsinin olduğunu bilirdilər (Bu gün də Qaraman tayfasının ərmənək qolu mövcuddur). Ərəb xilafətinin və digər müsəlmanların sıxışdırdıqları bu xristian türklər hazırda Yunanıstanda Trakiya türkləri, Gürcüstanda yunan(qrek), Şimali Qafqazda Stavropol, Krasnodar və s. ərazilərdə də yunan(qrek) adı ilə tanınan, türk dilində danışan böyük bir toplumdur. Onlar Qaraman Ərməniyyəsinin əsl sakinləridir və Osmanlının türkə zülmündən qaçıblar. XVI-XVIII əsrlər boyu Anadolunu tam tərk ediblər. Qalan az qisim xristian Qaramanlı – Ərmənlər 1924-cü il mübadiləsində bir səlcuqlu zehniyyətiylə göz yaşları içərisində min illər boyu yaşadıqları torpaqlardan çıxarılaraq Yunanıstana sürüldülər. Üstəlik, ərmənlərin yadigar qalmış əsərlərinə erməni qıpçaqcası adı qoyaraq indi “ad oğrusu haylara” aid etməyə çalışmaqdadırlar.
Haylar bu Osmanlı nadanlığından bicliklə yararlanaraq bir türk tayfasının adını, sonra tarixini, daha sonra isə mövcud olduğu əraziləri oğurlamağa girişdi. Çünki, Səlcuqlu və Osmanlını idarə edənlərin X-XI əsrlərdə gəlmə olduqları baxımından bölgə əhalisinə, 10 min illik yaşam tarixi olan yerli türklərin varlığına qısqanclıqla yanaşırdılar.
Böyük Fateh Sultan Mehmet zamanında İstanbulda yaşayan əhalinin (1477-ci il) siyahıya alınmasını əks etdirən sənədlər Topqapıdadır, baxaq:
Müsəlmanlar ……………………..8951 ailə;
Ortodoks-rum …………………….3151 ailə;
Yəhudilər ……………………………1647 ailə;
Kəfəli (gəlib-gedən) …………….267 ailə;
Erməni (hay) …………………………. 377 ailə;
Qaraman-erməni …………………… 384 ailə;
Cədvəldən göründüyü kimi, artıq haylar erməni adını 1477-ci ildə mənimsəyibmiş, amma hələ qaramanlılarda da saxlanmaqdaymış. Bu gün haylardan bu ad geri alınmalıdır. Bununla da onların yalançı tarixləri, ərazi iddiaları sabun köpüyü kimi dağılar.
Qaraman – Ərmənlərindən günümüzə gəlib çatan “Danişməndilər dastanı” onların türk olduqlarını təsdiqləyən bir kimlikdir. Bu gün Vatikan papalarının və Qərbin saxtakar tarixçilərinin cızdığı cızıqdan kənara çıxmağa cəsarət etməyən Türkiyə və Azərbaycan tarixçiləri bölgədəki ərmən türklərini – xristian qıpçaqları haylarla səhv salıb və məkrli hay oyununda alətə çevriblər.
Azərbaycana tarix quraşdıran ruslar, Osmanlıya tarix quraşdıran almanlar, fransızların haylara biçdiyi “Erməni tarixi”-ni əsl sahiblərindən oğurlayaraq onlara peş-kəş ediblər. Bu gün də bölgədə bu zehniyyətin “gəlmə səlcuqlular” ideyasının girovuna çevrilmişik. Azərbaycan türklərinə və onun qədim əhalisi olan sak(skif, alpin, masaget, sakif və s.) türklərinə aid
tarixi izləri iranlı-yunan adıyla göz qırpmadan möhürləyən bir Türkiyə zehniyyəti var.
Bizans tarixçisi Menandr Protikorun 568-ci ildə yazdığı: “Qədimdə sak adlanan türklər sülh təklifi ilə İosifin yanına elçi göndərdilər”- qeydlərinə baxın.
70 minlik qarışıq – beynəlmiləl bir güclə bölgədə görünən səlcuqluların vəbalını yumaqla türklüyə və onun tarixinə vurduqları zərbənin nəhayət ki, fərqinə varmalıdırlar.
Azərbaycanın böyük şairi Əfzələddin Xaqani Məkkəyə getmək üçün Qaraman – Qıpçaq Ərməniyyəsindən keçir və belə bir şeir yazır (XII əsr):
Ərməniyyə torpağına çatan gündən ermənilər,
Ayağının torpağına canlarını nisar edər.
Xüsusilə bu nəsturi məzhəbində olan qonşu,
Hörmətimi çox saxlayar ikinci bir İsa qədər.
Həm də məni İsa kimi dördüncü göy əhli bilib,
Söz açarlar qüdrətimdən, sənətimdən axşam-səhər.
Hanu Ərciş dənizini, xeyli dərdin o dərmanı,
Mənim ilham dənizimin qərq olmuşu hesab edər.
Təəccüblü deyil olsa, buna sən də qəlbən inan,
Şirinləşər ilhamımdan Ərciş bir az içsə əgər…
(Ə.Xaqani “Seçilmiş əsərləri”.Bakı 1985)
Yaxud Azərbaycanın böyük şairi İmadəddin Nəsimi (XIV əsr) də ermənilərə aid qəzəl yazmışdır. (Hər iki şair Sufiliyin beşiyi sayılan Şirvanın Şamaxı şəhərində doğulub):
Dərdmənd etdin məni, ey dərdə dərman, erməni
Olmuşam eşqin yolunda bəndəfərman, erməni.
Nə pəri, nə adəmi bu şəklilə mən görmədim,
Cənnəti hurimsən, yoxsa ki rizvan erməni
Xanda bir xaç əhli varsa, qamusun seyr eylədim,
Bulmadım mən sən təki bir cani-canan, erməni.
Bir sual etdi Nəsimi sən buti – mehparədən,
Lütfilə söyləşə gər, ey ləli-xəndan, erməni.
(İmadəddin Nəsimi “Seçilmiş əsərləri” Bakı 1985 s.87).
Bir tarixi gerçəklik gəlmə türkmənləri çaş-baş salır. Qaraman – Ərməniyyəsi xristianlığı ilk qəbul etdiyinə görə xaçpərəst görüncə ərməni demək adəti bu gün də Azərbaycanda qalmaqdadır. Haylara türklərin erməni adı verməsi bununla bağlıdır. Altaylarda buddizmi qəbul edən dönük türklərə isə (tabğaçlara) tat deyilirdi. Bu siyasət haylara sərf edirdi. Heç zaman dövlət qurmamış haylar böyük bir mirasa sahib olmaq, varislik etmək üçün yalançı tarixlər uydurmağa başladılar.
Ərəblərin yürüşlərindən ağır zərbələr yemiş bu hay toplumuna artıq Bizansın əli çatmırdı. Osmanlı sayəsində dincliyə qovuşmuş oldular. Xristianlıq adına ərəblər Qaraman – Ərməniyyəsini və Azərbaycan – Albaniyasını tanıyırdı. Bölgədə yaratdıqları ərazi vahidlərini I-II-III-IV Ərməniyyə adlandırdılar.
Ərəb tarixçisi İstəxri yazır:
“Biz Ərməniyyə, Arran və Azərbaycanı xəritədə birləşdirir və ona bir ölkə kimi baxırıq. Azərbaycanın sərhədləri Tərm və Zəncanın son həddinə çatan dağ silsiləsidir. Sonra bu silsilə Dinəvərin son hüduduna çatır, sonra Hülvan və Şəhrazurun o tərəflərinədək uzanır, daha sonra isə Ərməniyyə hüdudlarını əhatə edir.”
Eyni faktı Yəqubi, İbn Həvqəl də təsdiqləyir. Yəni, özlərinin dediyi kimi nə hayların, nə Hayastanın tez-tez din dəyişən hay keşişlərinin Fərat çayının yuxarı axarında sığındıqları hansısa kiçik kilsədən qeyri coğrafi ərazili dövlətləri olmayıb. Çayın sol sahilinə kiçik Hayastan, sağ sahilinə isə böyük Hayastan deyiblər. Bu ad coğrafi nomendir (Böyük Qışlaq və Kiçik Qışlaq və.s. kənd adlarına uyğun). Böyük Ermənistan, ümumiyyətlə “erməni” adını hayların ağızlarına almaları türkə təhqirdir.
Xəqani Ədəboğlu
Kolanı, Tarixçi – Alim.
“Türkçülükdə Səlcuqlu
Xəstəliyi” kitabından.