Bazar ertəsi , İyun 17 2024
azfa

《Tanrı》sözünün geniş etimologiyası

GADTB: Bu gün dünyada var olan bütün dillər içərisində ən qədim dil türk dilidir . Yazılı sənədlərdə əksini tapan sübutlarla türk dilinin ən az 5500 il yaşı var. Səmavi dinlərin hər üçündə insnlara ibrət olaraq xatırladılan heykayətlərin əksəriyyətinə Şumer kitabələrində rast gəlmək mümkündür . Maraqlıdır ki , bizim Dədə Qorqud dastanımızda nəql edilən Buğac boyundakı buğa ilə güləşmək hadisəsi də şumerdə var . Urukun hökümdarı Bilgəmişi cəzalandırmaq üçün bir güc vasitəsi tapmaqda aciz qalır . Tanrı İnannaya (Ana –naya) müraciət edir ki ,ona kömək göndərsin.Bu zaman göydən bir buğa göndərilir.Buğa Dəclə çayının suyunu yeddi qurtuma içib qurtarır.Sonra Uruk meydanında Bilgəmişlə savaşır . Buğac kimi Bilgəmiş də əvvəlcə özünü buğaya dayaq edir , sonra cəld hərəkətlə yana çəkilərək buğanın müvazinətini ititrib yıxılmasına səbəb olur.Beləliklə Buğanı məğlub edir . Xızır peyğəmbərin insanların imdadına çatması isə Bilgəmişin dəryada kutsal varlıqdan əbədi həyat istəməsi anacaq onun belə səlahiyyəti olmadığı üçün Bilgəmişə yalnız ölənə qədər gənc qala bilmək üçün ilac verməsi və onun yolda ilan tərəfindən oğurlanması hadisəsi kimi lokalizə olunur  və.s.Beləliklə məni düşündürən bəzi sözlərin etimologiyası haqqında….

Tanrı-Tenqri -Tenqir …tan , dan , dan yeri, yəni başlanğıc- ilk kökündən əmələ gəlmiş ola bilər .Bu gün də dan(tan) sözü ilkin semantik mənasında dilimizdə canlı olaraq işlədilməkdədir .Yəni Tanrı – başlanğc , əzəl  ,ilk deməkdir . İslam dini də Allahdan əvvəl heç nəyin olmadığı qənaətini çox aydın şəkildə ifadə edir.

 Allah –İlah –Uluh –Ulu …türkcə ulu , böyük ,uca kökündən törəmiş ola bilər .Çünki ərəbcədə Allah sözünün etimoloji izahı yoxdur.

Xuda (farsca Allah)  –Kuta- Kut …türkcə kutlu, müqəddəs , Kut – Ulu yəni müqəddəs və ulu , böyük mənasında

God ( ingiliscə)-Kut yenə də türkcə

Gott (almanca )- Kut Müqəddəs ((ərəbcə kökü qüds sözü olub, “müfəəl” qəlibində olan) ) –Mü –Kut –Əst-burada Kut cəm şəklində yəni hər şeyi ilə birlikdə Kut –Lu .Məsələn təfəkkür – MüTəfəkkür ,Talib –MüTalib və .s kimi

Hikmət Babaoğlu,

Tarixçi Alim və

Millət Vəkili.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …