Çərşənbə axşamı , Dekabr 17 2024
azfa

Gündəlik Arxivlər: Dekabr 16, 2024

Fransa və Ermənistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

GADTB: Ermənistanın müdafiə naziri Suren Papikyan Parisdə Fransa prezidentinin hərbi məsələlər üzrə müşaviri Fabien Mandon ilə hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə edib. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə həmçinin hərbi təhsil, tədris proqramları, hərbi sahədə əməkdaşlığa dair məsləhətləşmələrin keçirilməsi, eləcə də hərbi-texniki xarakterli məsələlər də diqqət mərkəzində …

Ətraflı oxu »

Mühacir kürdlərin Bəykəndidən İran məclisinə göndərdiyi deputat Qərbi Azərbaycanla bağlı yenə yalan iddia irəli sürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacir kürdlərin Azərbaycan ərazilərinə qarşı iddiaları davam etməkdədir. Mühacir kürdlərin Bəykəndidən (Bukan) olan deputatları Qəsim Osmani yalandan yenidən iddia edib ki, guya Qərbi Azərbaycanın əhalisinin yarısı kürdlərdən ibarətdir. O deyib ki, Qərbi Azərbaycan əyalətnin əhalisinin yarısı kürddür və bu qədər əhəmiyyətli cəmiyyəti nəzərə …

Ətraflı oxu »

Erməni terorçuları PKK terror təşkilatına dəstək verdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, erməni terrorçu Nubar Ozanyanın adını daşıyan terror qruplaşması PKK/YPG-yə dəstək verdiyini açıqlayıb. Bununla bağlı terror qruplaşması Ayn əl-Ərəb (Kobani) bölgəsindəki tunellərin birində videomüraciət ünvanlayıb. Qeyd edək ki, “Nubar Ozanyan” Suriyanın şimalında PKK/YPG təşkilatının nəzdində fəaliyyət göstərir və əsasən yerli ermənilərdən formalaşdırılıb. Terror qruplaşmasının …

Ətraflı oxu »

Güney Azərbaycanda aşıq musiqisi konserti yaradılan maneəyə görə qaranlıqda keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Mərənd şəhərində rejimin İslami İrşad İdarəsi və Elektrik Enerjisi İdarəsinin məsul şəxslərinin diqqətsizliyi və səriştəsizliyi ucbatından Aşıq Qəşəm Quruşunun konserti qaranlıq şəraitdə baş tutub. Bu anların görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Azərbaycanlı fəal Əlirza Fərşi bununla bağlı yazıb: “Zalın direktoru deyib ki, …

Ətraflı oxu »

Güney Azərbaycanın şair və yazıçısı, Nasir Merqati dünyasını dəyişib

GADTB: Güney Azərbaycanın şair və yazıçısı, Nasir Merqati, uzun müddət davam edən xəstəlikdən sonra 75 yaşında bizi tərk edib, əbədiyyətə qovuşdu. 1949-cu il iyulun 7-də Təbrizdə doğulan Nasir Merqati, hələ gənc yaşlarından İranda şah istibdadına qarşı siyasi fəaliyyətə başlamışdır. Tanınmış şair Əlirza Nabdelin ədəbi irsindən ilham alaraq sərbəst şeir və …

Ətraflı oxu »

İrqçi fars rejimin Güney Azərbaycanda törətdiyi mədəni soyqırımın ildönümüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 17 dekabr 1946-cı il Güney Azərbaycan şəhərlərində türk dilində olan kitablar yandırıldığı və mədəni soyqırımın ildönümüdür. Bu mədəni soyqırım Güney Azərbaycan Milli Hökumətinin süqutu və Güney Azərbaycanın soyqırımla işğalından bir neçə gün sonra baş verib. Milli Hökumət devrildikdən sonra Pəhləvi rejimin …

Ətraflı oxu »

Molla rejimi Təbrizdə azərbaycanlı fəalları həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə azərbaycanlı fəalları yaxalayıb. Dünən SEPAH-ın kəşfiyyat qüvvələri azərbaycanlı milli fəal Əli Radməneşin evinə basqın edib və o, evdə olmadığından oğlu Nima Radməneşi yaxalayıblar. Eyni zamanda molla rejimin qüvvələri Azərbaycanın milli fəalı Hüseyn İsmayılzadənin Təbrizdəki evinə hücum çəkərək onu yaxalayıb …

Ətraflı oxu »