GADTB: Xıyav (Meshginşəhr) bölgəsi Ətraf Mühit İdarəsinin rəisi dünən axşam Saatalan Savalan dağının otlaq sahələrində, “Tavus Gölü”nün qərb hissəsində yanğın baş verdiyini açıqlayıb. Yerlı sakinlərin verdiyi məlumata görə, yanğın həmin ərazidə baş verib və hələ də davam edir. Onlar alovun genişlənməsi ilə bağlı ciddi narahatlıq ifadə ediblər. https://t.me/GADTB1/46553
Ətraflı oxu »Aylıq Arxivlər: Noyabr 2025
İranın Zəngəzur Dəhlizinə rəsmi girişi
GADTB: Parlamentin Quruculuq Komissiyasının üzvü Əlireza Nesari deyib: “Ermənistanla ABŞ arasında bağlanan müqaviləyə gəldikdə, bu, ölkəmiz üçün siyasi təhlükədir və biz vaxtında daxil olmaqla ölkəmizin şimal-qərbindən Avropa ölkələrinə gediş-gəliş payımızı qorumağa çalışmalıyıq. Zəngəzur Dəhlizi layihəsi marşrutunun ölkəmizdəki 107 kilometrlik hissəsinin təkmilləşdirilməsinə və tikintisinə ehtiyacı var və bu iş sürətlə gedir. …
Ətraflı oxu »Əzimi Qədim: “Həbs və təzyiqlərlə bu hərəkəti dayandıra bilməzsiniz”- Video
GADTB: Azərbaycanlı milli-mədəni fəal Əbdüləziz Əzimi Qədim təhlükəsizlik və məhkəmə təzyiqlərinə cavab olaraq yayımladığı səsli müraciətdə bildirib ki, həbslər, təhdidlər və müxtəlif basqılar milli-ictimai fəaliyyətləri dayandırmağa qadir deyil. İngilis dilində yayımladığı bu səs yazısında o, açıq şəkildə bildirir ki, “zindan, təzyiq və həbslər fəalları yolundan döndərmək gücünə malik deyil”. Əzimi …
Ətraflı oxu »İranın kəşfiyyat naziri ABŞ və İsrailin Xameneini öldürmək istədiyini deyir
GADTB: İranın kəşfiyyat naziri İsmayıl Xətib deyib ki, ABŞ və İsrail də daxil olmaqla, xarici düşmənlər ali lider Əli Xameneini hədəf almaq və İranda sabitliyi pozmaq istəyirlər. “Düşmən ali lideri sui-qəsd cəhdləri ilə hədəf almağa çalışır. Bu istiqamətdə hərəkət edənlər, bilərəkdən və ya bilməyərəkdən, düşmənin agentləridir”, – o bildirib.
Ətraflı oxu »Urmiya gölündə performans-art tədbiri keçirildi: Tələbələr və universitet rəhbərliyi iştirak edib
GADTB: Urmiya gölünə həsr olunmuş performans-art (icra sənəti) tədbiri 1404-cü ilin 27 Aban tarixi, Nazlu kampusunda yerləşən Urmiya Universitetinin Mərkəzi Restoranının qarşısında təşkil olunub. Tədbirdə tələbələr və universitet rəsmiləri əllərini mavi rəngə batıraraq xüsusi parça üzərində əl izləri yaradıblar. Bu simvolik aksiya onların Urmiya gölünün dirçəldilməsinə dair mədəni və ictimai …
Ətraflı oxu »Nəmniq meşələrində yanğın genişlənir: Avadanlıq çatışmazlığı və çətin keçid söndürmə işlərini iflic edib – Video
GADTB: Nəmniq meşələrində baş verən yanğın hər dəqiqə daha da genişlənir. Əraziyə kifayət qədər avadanlıq və texnika göndərilmədiyi üçün yanğının söndürülməsi istiqamətində ciddi və təsirli tədbirlər həyata keçirilmir. Yerlı qüvvələrin məlumatına görə, bölgənin son dərəcə çətin keçilən olması səbəbindən yerüstü qruplar yanğının əsas ocaqlarına yaxınlaşa bilmir və bu da söndürmə …
Ətraflı oxu »Təbiət Urmiya gölünü bərpa edir, molla rejimi isə yenidən qurudur- Video
GADTB: Son günlər yağan yağışlar Urmiya gölünün bəzi hissələrində kiçik su təbəqəsi yaradaraq gölün bərpasına ümid doğurub. Bu, gölün tam məhv olmadığını göstərir. Ancaq illərdir vəd edilən su transferi, qanunsuz quyuların bağlanması və suvarma islahatı ya həyata keçirilməyib, ya da korrupsiya səbəbindən nəticəsiz qalıb. Ekspertlər vurğulayır ki, bir neçə günlük …
Ətraflı oxu »Növin: Hökumətin ana dili tədrisi ilə bağlı qanun layihəsini təqdim etmək üçün ayrılan altı aylıq müddət başa çatır
GADTB: İran parlamentində Təbrizdən olan millət vəkili Əlirza Növin ana dilinin tədrisi ilə bağlı qanun layihəsinin araşdırılmasında davamlı gecikmələr və maneələrlə üzləşildiyini bildirib. Onun sözlərinə görə, bu məsələ ilk gündən etibarən ciddi müqavimətlə qarşılaşıb və hökumət də Azərbaycan xalqının gözləntilərinə uyğun şəkildə addım atmayıb. Deputat vurğulayıb ki, ana dilinin öyrədilməsi …
Ətraflı oxu »İsrail rəsmiləri: “Yarımçıq iş qaldı” – qarşıdurmanın yeni mərhələsi gözlənir
GADTB: “The Jewish News Syndicate” yazır ki; İsrail təhlükəsizlik rəsmiləri iyun toqquşmalarını “yarımçıq iş” adlandıraraq mümkün yeni müharibə mərhələsinə hazırlaşdıqlarını bildirirlər. Bu zaman Qərb kəşfiyyatı İrana raket yanacağı üçün vacib olan natrium perkloratın axınında böyük artım qeydə alıb. CNN-ə görə, son aylarda Çin limanlarından Bəndər Abbasa 2000 tondan çox material …
Ətraflı oxu »Əmirəli Bəradəranın qeyri-müəyyən vəziyyətdə hənsi davam edir
GADTB: Azərbaycanlı türk fəal Əmirali Bəradaranın hüquq-mühafizə orqanlarının informasiya şöbəsi tərəfindən qanunsuz şəkildə saxlanılmasından bir ay keçir. Məlumata görə, bu qurum onu tamamilə qanunsuz formada həbsdə saxlayır, təzyiq göstərir və hazırda onun əleyhinə süni ittihamlar hazırlamağa çalışır. Qeyd edək ki, Əmirəli Bəradəran mehr ayının 30-da saat 23:00 radələrində Məşrutə (Səttərxan) …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi