Cümə , İyul 17 2026
azfa

Aylıq Arxivlər: İyul 2026

Azərbaycan Milli Hərəkatının fəalı Dariyuş Əndəlibian Qoşaçayda saxlanıldıqdan sonra, girov qarşılığında müvəqqəti sərbəst buraxılıb

GADTB: Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Dariyuş Əndəlibian tir ayının 21-də, səhər saat 11 radələrində Qoşaçay (Miyandab) şəhərinin Taleqani küçəsində rejimin Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yayılan məlumatlara görə, təhlükəsizlik əməkdaşları məhkəmə qərarı təqdim etmədən onu saxlayaraq Qoşaçay Kəşfiyyat İdarəsinə aparıblar. Dariuş Əndəlibiyan təxminən beş saat davam edən …

Ətraflı oxu »

Molla rejimin həbsdə saxladığı Araz Aman Zeynabad səhhətində yaranan ciddi problem səbəbindən xəstəxanaya köçürülüb

GADTB: Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Araz Aman Zeynabad dünən səhər saatlarında səhhətində yaranan ciddi problem və insult keçirməsi ehtimalı ilə əlaqədar xəstəxanaya köçürülüb. Hazırda onun sağlamlıq vəziyyəti, baş vermiş narahatlığın xarakteri və ümumi fiziki durumu ilə bağlı dəqiq məlumat açıqlanmayıb. Əlavə məlumatların sonradan ictimaiyyətə təqdim ediləcəyi bildirilir. Araz …

Ətraflı oxu »

SEPAH terror təşkilatı qonşu ərəb ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum edib

GADTB: İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreynə qarşı həyata keçirdiyi hücum zamanı Cüfeyr hərbi bazasında yerləşən sursat anbarlarını, silah-sursat anbarlarını, peyk rabitə mərkəzini və ABŞ hərbçilərinin yerləşdiyi yaşayış kompleksini hədəfə aldığını açıqlayıb. SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi çərşənbə axşamına keçən gecə yaydığı bəyanatda ABŞ ordusunun İranın cənub bölgələrində yerləşən sahil …

Ətraflı oxu »

ABŞ-ın İran rejiminin hərbi hədəflərinə hücumları beş saat davam edib

GADTB: İyulun 14-nə keçən gecə ABŞ ordusunun yeni hücum dalğasının başlaması ilə eyni vaxtda İranın cənubunda İran İslam Respublikası rejiminə məxsus hərbi mövqelərə və obyektlərə zərbələr endirilməsi, eləcə də bir sıra bölgələrdə partlayışların baş verməsi barədə məlumatlar yayılıb. Xuzistan vilayətinin Omidiyyə rayonunda bəzi məntəqələrə hücum edildiyi rəsmi şəkildə təsdiqlənib. Hadisə …

Ətraflı oxu »

Təbrizin Başmaqçı bazarında yanğın baş verib

GADTB: İyulun 13-də Təbrizin Başmaqçı bazarında yerləşən mağazalardan birində elektrik generatorunun alışması nəticəsində yanğın baş verib. Bazar esnafının bildirdiyinə görə, hadisə elektrik generatorlarından istifadə zamanı meydana gəlib. Onların sözlərinə əsasən, tez-tez baş verən elektrik kəsintiləri səbəbindən bu generatorlar artıq ticarət obyektlərinin gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Sahibkarlar qeyd edirlər ki, …

Ətraflı oxu »

“New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb

GADTB: İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. Bu barədə “The New York Times“da dərc olunan yazıda bildirilib. Qeyd olunana görə, Əhmədinejad 2024-cü ildə Macarıstanın paytaxtı Budapeştdə İsrailin xarici kəşfiyyat xidməti “Mossad”la görüş keçirib. Anonim ABŞ rəsmiləri hətta “Mossad”ın o zamankı direktoru David …

Ətraflı oxu »

Donald Tramp ABŞ-ın Hörmüz boğazına nəzarəti öz üzərinə götürəcəyini deyir

GADTB: ABŞ Prezidenti Donald Tramp iyulun 13-də bildirib ki, Birləşmiş Ştatlar Hörmüz boğazına “nəzarəti” öz üzərinə götürür. Donald Tramp “Fox & Friends” proqramına müsahibəsində deyib: “Biz boğaza nəzarəti ələ keçiririk. Onların heç nəyi yoxdur. Heç nəyi yoxdur.” O, həmçinin İran nümayəndə heyətinin “dünən” keçirilən danışıqlarda razılaşdırılmış müddəaları dəyişdirməyə çalışdığını bildirərək …

Ətraflı oxu »

Britaniya SEPAH-ı terror təşkilatları siyahısına daxil edib

GADTB: Böyük Britaniya hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH), o cümlədən onun “Qüds Qüvvələri” bölməsini rəsmi şəkildə terror təşkilatları siyahısına daxil edib. Bu qərar Londonun İran İslam Respublikası ilə bağlı siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Qərara əsasən, Böyük Britaniyada SEPAH-a üzv olmaq, ona dəstək vermək və ya onun …

Ətraflı oxu »

Sayın Mikayil bəy Oytanın Avstraliya Parlamentinin millət vəkilinə azərbaycanlıların İran adlanan ölkədə hüquqları ilə bağlı məktubuna cavab gəlib

GADTB: Avstraliya Azərbaycan Assosiasiyası prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oytanın İranın çoxmillətli ölkə olması və azərbaycanlıların İran adlanan yerdə hüquqlarının qorunma zərurəti barədə Avstraliya Federal Parlamenti üzvü cənab Julian Leeserə məktubuna cavab gəlib. C.Iesserin məktubunda yazılıb: Hörmətli Mikail bəy, Elektron poçtunuz və bu perspektivləri təqdim …

Ətraflı oxu »

Təbrizin üç şirkətinin zərərçəkən investorları Tehranda etiraz aksiyası keçirdi; etirazçılar “Bayram vədi bəsdir, süfrəmiz boşdur” şüarı səsləndirdilər

GADTB: Təbrizin “Ayan”, “Lalə” və “Mümtaz” şirkətlərinin bir qrup zərərçəkmiş investoru Tehranda etiraz aksiyası keçirərək məhkəmə işlərinə baxılmasının sürətləndirilməsini və tələblərinə aydınlıq gətirilməsini tələb edib. Aksiyadan yayılan videogörüntülərə əsasən, etirazçılar “Bayram vədi bəsdir, süfrəmiz boşdur” şüarını səsləndirərək məhkəmə prosesinin uzanmasına və uzun müddətdir apardıqları müraciətlərin nəticəsiz qalmasına etirazlarını bildiriblər. Onların …

Ətraflı oxu »