Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Aylıq Arxivlər: Sentyabr 2026

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir. Bu haqda Qərbi Azərbaycan Tibb İşçiləri Evinin əyalət valisi Rza Rəhmaniyə yazdığı açıq məktubda deyilib. Məktub müəllifləri 7 aydır əmək haqqı ala bilməyən işçilərin məişət problemlərinin dözülməz həddə çatdığını yazıblar. “Bir çox həmkarlar əsas həyat ehtiyaclarını …

Ətraflı oxu »

İranın Yaxın Şərqdə yetişdirdiyi terrorçu proksi qrupları Tehrandan uzaqlaşır

GADTB: “The Economist” nəşri İran İslam Respublikasının Yaxın Şərqdəki «Müqavimət oxu» adlandırılan terrorçu proksi qruplarının xarakterində baş verən dəyişikliklərlə bağlı məqalə dərc edib. Analitik məqalədə İranın regionda dəstəklədiyi əsas qrupların, o cümlədən Livanın Hizbullahı, Yəmən husiləri, İraqdakı şiə silahlı qrupları və Fələstinin HƏMAS təşkilatının əvvəlki və hazırkı mövqeləri araşdırılıb və …

Ətraflı oxu »

Böyük Britaniyadan İran İslam Respublikasına qarşı yeni sanksiyalar: banklar, gəmilər və təyyarələr üçün daha sərt məhdudiyyətlər

GADTB: Böyük Britaniya hökuməti İran İslam Respublikasına qarşı sanksiyaların əhatə dairəsini genişləndirən yeni qanunvericilik sənədi yayımlayıb. Yeni tədbirlər İranın ticarət fəaliyyətinə, maliyyə sisteminə çıxışına, gəmiçiliyinə və aviasiya sektoruna daha sərt məhdudiyyətlər tətbiq edir. Reuters xəbər verir ki, yeni qanun İran İslam Respublikasının Böyük Britaniyanın maliyyə sisteminə çıxışını daha da məhdudlaşdırır, …

Ətraflı oxu »

Molla rejimi ən populyar adlardan biri olmasına baxmayaraq, azərbaycanlı körpəyə Əlihan adına doğum şəhadətnaməsi vermir

GADTB: Ərdəbil Qeydiyyat İdarəsinin məsul şəxsləri “Əlihan” türk-ərəb adı ilə yeni doğulan körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edir və onu şəxsiyyət sənədi olmadan saxlayırlar. Halbuki Qeydiyyat İdarəsinin statistikasına əsasən, “Əlihan” adı 1400-cü ildə Şərqi Azərbaycan vilayətində oğlan uşaqları arasında ən populyar beş addan biri olub. Buna baxmayaraq, Qeydiyyat İdarəsi …

Ətraflı oxu »

Məhəmməd Həsənnejad: Təraxturu totalitar azlığın qarşısında dayandığı üçün əzmək istəyirlər

GADTB: Azərbaycanın Təraxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad Adil Firdovsipurun “360” proqramında İran coğrafiyasının futbolunda “totalitar azlıq”ın mövcudluğunu vurğulayaraq bildirib ki, bu cərəyan onilliklər ərzində hakimlikləri və futbolda qərar qəbuletmə mühitini öz inhisarında saxlamağa çalışıb. O əlavə edib ki, Təraxtur bu gün bu “totalitarçılığın” və sözügedən azlığın qarşısında dayanıb …

Ətraflı oxu »

Aida Heydəri Qəzvində Dey etirazlarında nişanlısının öldürülməsindən səkkiz ay sonra həyatına son qoyub

GADTB: Qəzvində Dey etirazlarında həlak olan Əbülfəzl Süleymani Ələmutinin nişanlısı Aida Heydəri 12 şəhrivər 1405-ci il, cümə axşamı günü həyatına son qoyub. Hüquq-müdafiə mənbələri Aida Heydərinin ailəsinə istinadən yazıblar ki, 25 yaşlı gənc qadın nişanlısının öldürülməsindən təxminən səkkiz ay sonra həyatına son qoyub. Aida Heydərinin ailəsi bildirib ki, Aida və …

Ətraflı oxu »

Molla rejimi iqtisadi təzyiqlərin güclənməsi fonunda etirazların başlamasından narahatdır

GADTB: İran dəniz blokadası, hərbi əməliyyatlar və ABŞ-ın sanksiyaları səbəbindən getdikcə artan təzyiqlərlə üzləşir və ölkə rəsmiləri hökumət əleyhinə etirazların yenidən başlamasından narahatdırlar. “Reuters” xəbər agentliyi bu barədə öz mənbələrinə istinadən məlumat yayıb. Adları açıqlanmayan yüksək rütbəli iranlı rəsmilərin sözlərinə görə, İran hökuməti ABŞ-ın maliyyə naziri Skott Bessentin elan etdiyi …

Ətraflı oxu »

Azərbaycanın azad edilmiş ərazilərində daha 168 mina, 1390 partlamamış hərbi sursat aşkarlanıb

GADTB: İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (31.08.2026 – 06.09.2026) məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə 140 piyada əleyhinə mina, 28 tank əleyhinə mina, 1390 Partlamamış Hərbi Sursat aşkarlanıb. Bildirilib ki, 1706,4 hektar ərazi mina …

Ətraflı oxu »

Qrossi: İranın vəziyyəti Agentliklə qarşılıqlı əlaqə olmadan normallaşmayacaq

GADTB: Qrossi İranın nüvə obyektlərinin vəziyyətini araşdırmaq üçün Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) imkanları barədə danışarkən vurğulayıb ki, İran İslam Respublikası heç bir məlumat təqdim etməyib və ABŞ-la siyasi razılaşma əldə olunana qədər Agentliklə əməkdaşlıq etmək niyyətinin olmadığını bildirib. O əlavə edib ki, İranla Agentlik arasında ciddi əməkdaşlıq başlasa və …

Ətraflı oxu »

Təbrizdə “Hümay” moda və geyim festivalı ilə bağlı Şərqi Azərbaycan Mədəniyyət Baş İdarəsinin rəhbəri izahat üçün çağırılıb

GADTB: “Fars” xəbər agentliyinin “məlumatlı mənbə”yə istinadən yaydığı xəbərə görə, Şərqi Azərbaycan Mədəniyyət və İslami İrşad Baş İdarəsinin rəhbəri Nemətullah Payan Təbrizdə keçirilən “Hümay” moda və geyim tədbiri ətrafında yaranan qalmaqaldan sonra çağırılıb. Xəbərdə çağırışın hansı qurum tərəfindən edildiyi açıqlanmayıb. Mədəniyyət Baş İdarəsinin rəhbəri də indiyədək bununla bağlı açıq açıqlama …

Ətraflı oxu »