Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Aylıq Arxivlər: Oktyabr 2026

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta Türkiyənin Sidneydə yeni görəvə başlayan Baş konsulu sayın Emre Özkanın dəvətilə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb. Görüş 17 oktyabrda baş tutub. Rəsmi təmaslar çərçivəsində Avstraliyada səfərdə …

Ətraflı oxu »

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya gölünün son vəziyyəti barədə açıqlama verib. O bildirib ki, oktyabrın 11-də aparılan son ölçmələrə əsasən, gölün su səviyyəsi dəniz səviyyəsindən 1270,58 metrə çatıb. Qəffarzadə gölün digər hidroloji göstəricilərinə də toxunaraq bildirib ki, həmin tarixdə gölün …

Ətraflı oxu »

Köçəri kürdlər Miyandabın «Ümidafərin» komandasının futbolçularına hücum edib – Video

GADTB: Qərbi Azərbaycan vilayətinin liqa oyunları çərçivəsində Miyandabın «Ümidafərin» və «Ronahi» komandaları Urmiya stadionunda qarşılaşıblar. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticə ilə Miyandab komandası 33 xalla turnir cədvəlinin lideri mövqeyini möhkəmləndirib, «Ronahi» isə üçüncü yerdə qərarlaşıb. Lakin hadisələr bununla bitməyib. Oyunun sonunda köçəri kürdlərin stadionda vəziyyəti qarışdırmağa və …

Ətraflı oxu »

Molla rejimi pauerliftinq üzrə çempion və azərbaycanlı fəalı üç il həbs cəzasına məhkum edib

GADTB: İranın pauerliftinq üzrə çempionu və azərbaycanlı milli fəal Əlirza Şahinmehr üç il müddətinə azadlıqdan məhrum edilib. İran İslam Respublikasının məhkəmə orqanları onu «etnik millətçilik» və «milli təhlükəsizliyə qarşı fəaliyyət»də ittiham ediblər. Şahinmehr Tehranın Qələ Həsən Xan bölgəsində yaşayır. Tehranın Təhlükəsizlik Prokurorluğu oktyabrın 10-da ona rəsmi bildiriş göndərərək cəzanın icrası …

Ətraflı oxu »

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları və hərbi əməliyyatların arxasında Vaşinqton, Moskva və Pekin arasında daha geniş rəqabət gedir. Bu rəqabət müharibənin taleyinə və dünyadakı güc balansına təsir göstərə bilər. Təhlükəsizlik və kəşfiyyat sahəsində fəaliyyət göstərən ABŞ-ın «Soufan» analitik mərkəzi oktyabrın …

Ətraflı oxu »

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd ANKA-3 PUA-sını sifariş verib. Bildirilib ki, ANKA-3 qanadlı raketləri daşımaq və “hava-hava” döyüşlərində iştirak etmə qabiliyyətinə malik, görünməz (stels) PUA-ların yaradılması istiqamətindəki təşəbbüsün mərkəzi elementi olacaq. TUSAŞ rəsmilərinin sözlərinə görə, daha böyük gövdəyə və artırılmış …

Ətraflı oxu »

Bölgə sakinlərinin etirazlarına baxmayaraq, İran rejimi Azərbaycan sərvətlərinin talanına yenidən başlayıb

GADTB: Həsəno meşələri ətrafındakı kəndlərin, xüsusilə Kələm kəndinin sakinlərinin geniş etirazlarına və təbii sərvətlər və ətraf mühitin mühafizəsi qurumları tərəfindən icazələrin verilmədiyi barədə məlumatlara baxmayaraq, Qaradağ meşələrinin mərkəzinə mədən və yol tikintisi texnikalarının yenidən gətirildiyi, burada iş sahəsinin yaradıldığı bildirilir. Yerli məlumatlara əsasən, ərazidə aparılan kəşfiyyat işləri ilə əlaqədar Sünqün …

Ətraflı oxu »

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən əziyyət çəkdikdən və xəstəxanada müalicə aldıqdan sonra vəfat edib. Əslən Ərdəbildən olan və Tehranda yaşayan şair ömrünü Azərbaycan türkcəsində yaddaqalan, tənqidi və folklor ruhlu şeirlərin yaradılmasına həsr edib. Onun “Məzarıstan” adlı məşhur şeiri, eləcə də …

Ətraflı oxu »

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına və Yəmən hökumətinə bağlı qüvvələrə qarşı bəzi raket və pilotsuz uçuş aparatı hücumlarının hədəflərinin müəyyənləşdirilməsində də rol oynayıb. “The Wall Street Journal” qəzetinin məlumatına görə, Səudiyyə Ərəbistanının təhlükəsizlik məlumatları və husilərə qarşı koalisiyanın fəaliyyəti barədə …

Ətraflı oxu »

Yeni peyk görüntüləri Küləng dağı tunellərinin hələ də bağlı olduğunu göstərir

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu 7 oktyabr 2026-cı il tarixinə aid peyk görüntülərini yayımlayaraq bildirib ki, “Küləng dağı” adlandırılan yeraltı obyektin şərq və qərb girişləri hələ də bağlıdır. Bu kompleksə giriş məhdudiyyəti ardıcıl ikinci aydır davam edir. Mövcud vəziyyət obyektdə əməliyyat fəaliyyətinin və genişmiqyaslı tikinti işlərinin dayandırılmış ola biləcəyi …

Ətraflı oxu »