Çərşənbə , Avqust 26 2026
azfa

Türk Dövlətlərinin Baş Prokurorları görüş keçirdi

GADTB: İyulun 25-də Bişkekdə 2021-ci ildə Bakıda təsis olunmuş TDT Baş Prokurorlar Şurasının 3-cü iclası keçirilib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin baş prokurorlarının, TDT Baş Katibinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş müşavirinin iştirak etdiyi iclasında Qırğız Respublikasının Prezidenti Sadır Japarovun video müraciəti nümayiş olunub. Prezident tədbir iştirakçılarını salamlayaraq, iclasın işinə uğurlar arzulayıb.

Tədbirdəki çıxışında ölkəmizin türk birliyinə xüsusi önəm verdiyini qeyd edən Baş prokuror, bunun Prezident cənab İlham Əliyevin tarixi “bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” sözləri ilə təsdiq olunduğunu vurğulayıb.

Kamran Əliyev TDT-yə üzv dövlətlərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığın bütün formalarına qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib.

Baş prokuror Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə həmkarlarını məlumatlandırıb.

Həmçinin, Kamran Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un, cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirərək, həmkarlarını mötəbər tədbirdə iştiraka dəvət edib.

Yekunda Bişkek bəyanatı qəbul edilərək, növbəti iclasın 2025-ci ildə Özbəkistanda keçirilməsi qərara alınıb.

Tədbirdə ölkəmizin Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov iştirak edib.

Səfər çərçivəsində Baş prokuror Qazaxıstan və Özbəkistanın baş prokurorları, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş müşaviri ilə görüşərək gələcək əməkdaşlıq məsələlərini müzakirə edib. Baş Prokurorluğun nümayəndə heyətinin Qırğızıstana işgüzar səfəri başa çatıb.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …