Cümə , Oktyabr 16 2026
azfa

“Traxtur” komandasının yarışında milli şuarlar səsləndirilib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın “Traxtur” klubu İran Premyer Liqasının ikinci həftəsinin oyunları çərçivəsində Tehranın “Perspolis” komandasını qəbul edib.

Təbrizin Səhənd stadionunda tərəfdarlar Ana dilində məktəb tələbi ilə şüarlar səsləndirirlər:

“Türk dilində mədrəsə, olmalıdır hər kəsə!

Həmçinin “Yaşasın Azərbaycan!” və digər milli şüarlar səsləndirilib.

Yarış avqustun 22-i yerli vaxtla axşam saat 20:00-da Təbrizin Səhənd stadionunda keçirilib.

Gərgin keçən qarşılaşma 1-1 hesabı ilə nəticələnib.

“Traxtur”un qolu oyunun 59-cu, “Perspolis”in qolu isə 87-ci dəqiqəsində qeydə alınıb.

Video:

https://t.me/GADTB1/36894

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …