Bazar , Avqust 23 2026
azfa

Müalicədən məhrum edilən azərbaycanlı vəkil hələ də həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal və hüquqşünas Tahir Nəqəvini hələ də həbsdə saxlayır.

Fəalın-həbs müddətindən 200 gün keçməsinə baxmayaraq, o, hələ də Tehranın Evin zindanında həbsdə saxlanılır. Onun sağlıq durumunda da ciddi problemlər var. Lakin o zəruri tibbi müalicədən məhrum edilib.

Məlumata görə, həbsdə qeyri-müəyyən vəziyyətdə saxlanılan azərbaycanlı vəkilin ailəsi dəfələrlə hökumət orqanlarına müraciət etsə də, onun məhkəmə işi ilə bağlı heç bir cavab ala bilməyi.

Qeyd edək ki, 6 aya yaxın Evin zindanında həbsdə saxlanılan Tahir Nəqəvi, Hüseyn Piri və bir sıra digər azərbaycanlı siyasi məhbuslar ETTELAAT Nazirliyinin qüvvələrinin qanunsuz davranışlarına etiraz olaraq aclıq aksiyası keçirmişdilər.

O, “hökumətə qarşı təbliğat” və “milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq”da günahlandırılıb.

Azərbaycanlı fəal fevralın 6-da molla rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmışdır.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …