Cümə , Oktyabr 23 2026
azfa

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su tədqiqatları şöbəsinin müdiri Abbas Məhəmmədi xəbərdarlıq edərək deyib ki, Qərbi Azərbaycan əyalətinin Urmiya, Xoy və Salmas bölgələrində torpaq çökməsi ciddi problem olsa da, bu Salmas və Kəhriz düzənliklərində kəskin səviyyəyə çatıb.

Məhəmmədi həmçinin deyib: “Adı çəkilən bölgələrdə vəziyyət kritikdir və Azərbaycan Geoloji Təşkilatının araşdırmalarına görə ölkədə ardıcıl quraqlıqlar və son illərdə baş verən iqlim dəyişiklikləri nəticəsində Qərbi Azərbaycan əyalətinin rayonlarında torpaqların çökmə sürəti artıb”.

Məhəmmədi, Qərbi Azərbaycan əyalətində torpaq çökməsi prosesinin 2006-cı ildən başladığını, son illər isə bunun sürəti və əhatə etdiyi ərazinin artdığını söyləyib.

Onun sözlərinə görə, hazırda əyalətdə ortalama illik torpaq çökməsi 7 santimetrdir.

Qeyd edək ki, bundan əvvəl İranın şimal-qərb bölgəsinin Geologiya və Mineral Kəşfiyyat Təşkilatının başçısı Əbdülhəmid Sərtipi də, yeraltı suların tükənməsi nəticəsində Xoy, Salmas və Urmiya çöllərində torpaq çökməsinin təhlükəli səviyyəyə çatması barədə açıqlama yayıb.

Həmçinin yoxlayın

Təbrizdə 70 günlük mübarizədən sonra azərbaycanlı körpəyə Sayqı adına doğum şəhadətnaməsi verilib

GADTB: Təbrizdən olan azərbaycanlı ailə 70 gün davam edən müraciət və mübarizədən sonra qız övladına …

Azərbaycanın “Traxtur” komandası qələbə qazandı; azarkeşlərdən irqçiliyə etirazı – VİDEO

GADTB: Azərbaycan “Traktor”u “Sənaye Nefti” komandası üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq yenidən qələbə yoluna …