Şənbə , Oktyabr 24 2026
azfa

PKK terror təşkilatının təslim ola biləcəyi ehtimal olunur

GADTB: PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir. Bu barədə “Türkiye” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Öcalan terrorçuları silahlarını yerə qoymağa və uzun müddətdir davam edən silahlı qarşıdurmaya son qoymağa çağıra bilər.

Məlumata əsasən, Öcalanın çağırışı həm Şimali İraq və Suriyadakı yaraqlılara, həm də təşkilatın Avropadakı tərəfdarlarına ünvanlanacaq.

“Terrorun dayandırılması və PKK-nın ləğvi üçün başladılan prosesin birinci mərhələsi başa çatıb. İkinci və ya üçüncü görüşdə Öcalanın təşkilatın Suriya və Avropadakı qollarına çağırış edəcəyi bildirilir. Onun çağırışında “muxtariyyət və ya federasiya” tələb etmədiyi qeyd olunacağı və təşkilatın da bu tələblərdən əl çəkməsini, eləcə də silahlı mübarizəyə son qoymasını istəyəcəyi deyilir. PKK liderinin əlyazma mətni ilə müraciət edəcəyi ehtimal edilsə də, dövlətin icazəsi ilə audio-video zəng edə biləcəyi də ehtimal edilir”, – nəşrin mənbələri bildirib.

Qeyd olunub ki, yanvarın 15-də kürdlərin DEM Partiyasının nümayəndələrinin Öcalanla ikinci dəfə görüşəcəyi gözlənilir, buna baxmayaraq tarix hələlik dəqiqləşdirilməyib.

“Lakin hökumət də prosesin uzadılmasını istəmir. Əgər çağırış ediləcəksə, ikinci və ya üçüncü görüşdə Öcalanın lazımi addımı atacağına dair qətiyyət var. Bu proses zamanı PKK lideri ilə sövdələşmə və ya buna bənzər heç bir şey olmayacaq”.

Məqalədə iddia edilir ki, Öcalan ən geci fevralın ortalarında terror təşkilatını silahları yerə qoymağa çağıran yazılı mətn paylaşacaq: “Bu çərçivədə ümumi amnistiya olmayacaq. Lakin Öcalan da daxil olmaqla 25 il cəza çəkmiş bütün məhbusların cəzaçəkmə şərtləri yaxşılaşdırılacaq. Onların sağlamlıq vəziyyəti nəzərə alınaraq ev dustaqlığı və ya azadlığa buraxılma ehtimalı qiymətləndiriləcək”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müttəfiqi, MHP lideri Dövlət Baxçalı oktyabrın 22-də Abdullah Öcalanı Türkiyə Böyük Millət Məclisində təşkilatı ləğv etməyə çağırıb. Bundan sonra DEM partiyasının nümayəndələri Öcalanla görüşüb. Görüşdən sonra nümayəndələr siyasi partiyalarla danışıqlar aparıb. Partiya mənbələri Öcalanın Dövlət Baxçalının çağırışını “Türkiyə və hökumət üçün tarixi fürsət və şans” kimi şərh etdiyini bildirib.

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …