GADTB: “The Wall Street Journal” xəbər verir ki, İran bölgədəki proksi qüvvələrini maliyyələşdirmək üçün Çindəki anbardan təxminən üç milyon barel neft satır.
Məlumata görə, Çin noyabr və dekabr aylarında İslam Respublikasının rəsmiləri ilə danışıqlardan sonra keçən ay nefti bu anbardan çıxarmağa razılaşıb.
Qeyd olunub ki, özü inflyasiya böhranı və iqtisadi durğunluq içində olan və Bəşar Əsədin devrilməsi ilə Hizbullaha silah göndərmək imkanını itirmiş İran bu neft gəlirindən istifadə etməyə çalışır. / Azad İran