Molla rejimi Təbrizdə həbs etdiyi azərbaycanlı qardaşları işgəncə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT qüvvələri Təbrizdə həbs etdiyi azərbaycanlı fəallar Vəhid və Səid Həsənzadə qardaşlarını ağır işgəncələrə məruz qoyub.

Həbs edilən azərbaycanlı fəalların əlləri, burunları və çənələri zorla etiraflar almaq üçün sındırılıb.

Vəhid Həsənzadə öz ailəsi ilə əlaqə saxlayaraq bu barədə məlumat verib. Eyni zamanda, ötən ay həbs edilən gənc fəal Rza Səlimi də ailəsinə əlinin sındırıldığını bildirib.

Qeyd olunub ki, Güney Azərbaycanda milli fəalların müstəqillik tələbi İran hökumətini onlara qarşı daha qəddar edib. Eyni zamanda, fəalların uzun müddətə həbsə atılması və nəzarətdə saxlanılması üçün daha çox sıxışdırıldıqları vurğulanıb.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …