Çərşənbə , Aprel 16 2025
azfa

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə yaşayan azərbaycanlı fəal Sima Əlipurun evinə hücum edərək axtarış aparıblar.

Məlumata görə, rejimin məmurları azərbaycanlı xanımın telefonunu müsadirə edib və martın 17-ə kimi SEPAH-ın kəşfiyyat idarəsinə getməsini istəyiblər. Onlar bildiriblər ki,, əks halda, onu həbs edəcəklər

Qeyd edək ki, bundan öncə Sima Əlipur molla rejimin terrorçu SEPAH-ının kəşfiyyat idarəsinə çağırılıb, ancaq o, bunu qanunsuz hesab etdiyi üçün idarəyə getməkdən imtina etmişdi.

Həmçinin yoxlayın

Təbrizdə öyrəncilər etiraza aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz Tibb Elmləri Universitetinin qarşısında öyrəncilər etiraz …

Molla rejimi salmaslı fəala 9 ildən çox həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Salmas şəhərindən olan …