Şənbə , Avqust 29 2026
azfa

Amerika və Böyük Britaniyadan İrana qarşı yeni saksiyalar

GADTB: ABŞ Maliyyə Nazirliyi növbəti dəfə 13 gəmiçilik şirkəti və 8 tankerə qarşı sanksiya tətbiq edib.

Bu gün Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Yunanıstan vətəndaşı Antonios Marqaritisə, onun şirkətlər şəbəkəsinə və İranın gizli donanmasında fəaliyyət göstərən onlarla gəmiyə qarşı sanksiyalar tətbiq etməklə İranın neft ixracının qarşısını alıb.

 Marqaritis gəmiçilik sənayesindəki onillik təcrübəsindən İran neftinin qeyri-qanuni daşınmasını və satışını asanlaşdırmaq üçün istifadə edib. Bu gün bir sıra digər gəmilər və operatorlar da İranın neft ixracatının asanlaşdırılmasında oynadıqları rola görə sanksiyaya məruz qalırlar ki, onlardan əldə olunan gəlirlər İranın qabaqcıl silah proqramlarını maliyyələşdirir.

Həmçinin Böyük Britaniya hökuməti İrandan bir fiziki və dörd hüquqi şəxsə sanksiya tətbiq edib. Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Sanksiya siyahısına əlavə edilən şəxsin İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının sabiq baş katibi Əli Şamxaninin oğlu Məhəmməd Hüseyn Şamxani olduğu bildirilib.

Eyni zamanda dəniz daşımaları, neft-kimya və maliyyə sektorlarında fəaliyyət göstərən dörd şirkət də məhdudiyyətlər qoyulub.

Həmçinin yoxlayın

İranın xarici ticarəti ABŞ-ın sanksiyaları və dəniz mühasirəsi səbəbindən 35 faiz azalıb

GADTB: «Reuters»in təhlil xarakterli hesabatında bildirilir ki, ABŞ-la müharibənin altı ayının tamam olması ilə eyni …

Traxtur komandası Çadorməlonu məğlub etdi

GADTB: Traxtur komandası gərgin və qalmaqallı keçən qarşılaşmada Çadorməlonu 2:0 hesabı ilə məğlub edərək matçın …