Çərşənbə , Oktyabr 28 2026
azfa

Avropa üçlüyü İrana qarşı “snapback” mexanizmini işə salıb

GADTB: “Axios” xəbər verir ki, bu gün Avropa üçlüyü – Fransa, Almaniya və Britaniya İranın nüvə sazişini pozduğunu əsas gətirərək Tehrana qarşı BMT sanksiyalarını nəzərədə tutan “snapback” mexanizmini rəsmən işə salıb.

Məlumata görə, səhər saatlarında Avropa üçlüyü BMT Təhlükəsizlik Şurasına məktub göndərərək “Snapback” mexanizminin aktivləşdirildiyini bəyan edib.

Adı açıqlanmayan iki avropalı diplomat bununla bağlı məlumatı təsdiqləyib. Onların sözlərinə görə, Tehran zənginləşdirilmiş uran ehtiyatlarını artırmaqla və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıqda qeyri-şəffaf davranmaqla razılaşmanı ciddi şəkildə pozub.

“Snapback” mexanizmi 2015-ci ildə imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planının (JCPOA) bir hissəsidir və İran tərəfindən sazişin pozulması halında, əvvəlki BMT sanksiyalarının bərpasına imkan verir./ Azad İran

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …