Cümə axşamı , Oktyabr 15 2026
azfa

Azərbaycanın Kəleybər şəhərinin su qaynaqları quruyub

GADTB: Güney azərbaycanın Kəleybər Şəhərini içməli su ilə təmin edən quyular quruyub.

İllik yağıntının 400 millimetrdən çox olduğu Şərqi Azərbaycan əyalətinin Kəleybər şəhəri bu yay düzgün idarəetmənin olmaması səbəbindən ciddi içməli su çatışmazlığı qarşı-qarşıya qalıb.

Kəlibar Şəhər Su və Kanalizasiya İdarəsinin rəisi Seyid Cavad Tacaəddini “XəbərƏməd” kanalı ilə əlaqə saxlayaraq, Kəleybər şəhərini içməli su ilə təmin edən bütün quyuların quruduğunu və hazırda müvafiq orqanlar tərəfindən Peyğam bəndinin yerində su quyularının qazıldığını bildirib.

Mütəxəssislər Kəleybər şəhərində su böhranının əsas səbəbləri kimi köhnəlmiş su paylayıcı şəbəkəni və lazımi idarəetmənin olmaması səbəbindən Peyğam bəndinin qurumasını hesab edirlər.

Video:

https://t.me/GADTB1/44705

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …