
GADTB: Azərbaycanlı mədəni fəal Peyman İbrahimi bu gün, sentyabrın 20-də Təbriz İstintaq İdarəsinin 15-ci şöbəsinə getdikdən sonra həbs edilərək, həbsxanaya köçürülüb.
Peyman İbrahimi şöbəyə ona daha əvvəl göndərilmiş bildiriş əsasında getmişdi.
Onun həbsinə səbəb kimi “rejim əleyhinə təbliğat” göstərilib.
Qeyd edək ki, azərbaycanlı fəal bundan əvvəl 2023-cü il avqustun 27-də atasının evində həbs edilmiş və iki aydan çox həbsxanada qaldıqdan sonra zaminə buraxılmışdı.
Həmin il dekabrın 11 və 13-də azərbaycanlı fəalın ittihamları üzrə məhkəmə keçirilib və o, “hakim Həmlbər” tərəfindən “rejim əleyhinə təbliğat” və “rəhbəri təhqir etmək” ittihamı ilə ümumilikdə 22 ay 17 gün müddətinə azadlıqdan məhrum edilmişdi.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi