Şənbə , İyun 13 2026
azfa

Bu il molla rejimi mindən çox adamı edam edib

GADTB: Beynəlxalq Əfv Təşkilatının yeni hesabatına görə, İran rejimi 2025-ci ilin ilk 9 ayı ərzində mindən çox adamı edam edib. Bu isə son 15 ildə ölkədə ən yüksək illik edam sayı deməkdir.

Təşkilat bütün edamların dərhal dayandırılmasını, ölüm hökmlərinin ləğvini və bunun üçün rəsmi moratorium yaradılmasını tələb edib. Eyni zamanda digər hökumətlərdən Tehrana planlaşdırılan edamları dayandırmaq üçün təzyiq göstərmələri istənilib.

Hesabatda bildirilir ki, 1401-ci ildə başlayan “Qadın, Həyat, Azadlıq” etirazlarından sonra hökumət rəsmiləri edamlardan getdikcə daha çox müxalifət və etirazları yatırmaq üçün istifadə edirlər.

İran İnsan Haqları Təşkilatı isə bildirib ki, cari ilin başlanğıcından ölkədə 1000 nəfər asılıb. Bu rəqəm son 30 ildə ən yüksək səviyyəni göstərir və yeni rekordun yaranmaq üzrə olduğunu ortaya qoyur.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …