Çərşənbə , Avqust 26 2026
azfa

“Urmu gölü quruyub” – Mütəxəssislər həyəcan təbili çalırlar

GADTB: Bir vaxtlar dünyanın altıncı ən böyük duzlu gölü olan və 150 kilometr uzunluğa, 55 kilometr enə malik Urmu gölü demək olar ki, tamamilə quruyub. Urmiya Universitetinin professoru Nasir Ağ bildirib ki, göldə bir zamanlar 35 milyard kubmetr su saxlanılırdısa, hazırda bu rəqəm cəmi 200-300 milyon kubmetrə düşüb.

Mütəxəssis vəziyyətin kritik olduğunu desə də, gölün mərhələli şəkildə bərpa olunmasının hələ də mümkün olduğunu qeyd edib. Onun fikrincə, əgər hər il gölə azı 1 milyard kubmetr su daxil olarsa, ildə təxminən 500 kvadrat kilometr sahəni bərpa etmək olar.

Bu çərçivədə Şərqi Azərbaycan Regional Su İdarəsinin rəisi Yusif Qafarzadə Araz çayından Təbrizə su ötürülməsi və şəhərlərdə istifadə edilən suyun təmizlənərək Urmu gölünə qaytarılması planını irəli sürüb.

Plana görə, bu yolla təmizlənmiş çirkab suların 75%-i gölün canlanmasına yönəldilə bilər. /Azad İran

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …