Çərşənbə axşamı , Avqust 18 2026
azfa

Molla rejimi 12 günlük müharibədən sonra gücləndiyini iddia edir

GADTB: İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri Hüseyn Nejat iddia edib ki, İran 12 günlük müharibədən sonra güclənib.

O deyib: “İsraillə 12 günlük müharibədən bəri ölkənin hücum gücü on dəfə artıb.”

 “İsrail eyni səhvi təkrar edərsə, nəzərə alsın ki, bizim hücum imkanlarımız indi 12 günlük müharibənin başlanğıcındakından 10 dəfə çoxdur.” – deyə iddia edib.

Nejat əlavə edib ki, münaqişə yenidən başlayarsa, İran İsrailin həssas mərkəzlərinə daha güclü zərbələr endirə biləcək.

Həmçinin İranın İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı Məhəmməd Kərəmi deyib ki, “İran qabaqcıl texnologiyalardan çəkinməməli və texnoloji tərəqqi üçün Qurana əsaslanmalıdır.”

“Saxta cəbhə bütün gücü və alətləri ilə üstümüzə gəlir, ona görə də biz də möhkəm dayanmalıyıq.” – o bildirib.

“Əgər biz düşməndən bəzi qabaqcıl texnologiya görsək belə geri çəkilməməliyik.” – Kərəmi əlavə edib.

Həmçinin yoxlayın

Ayaz Seyfxahın həbsxanada eşitmə vəziyyəti ağırlaşıb, müalicə üçün xəstəxanaya göndərilmir

GADTB: Azərbaycan Milli Hərəkatının fəalı və siyasi məhbus, Evin həbsxanasında saxlanılan Ayaz Seyfxahın 12 günlük …

Molla rejimi ABŞ-ı dəniz blokadasını yarmaqla hədələyib

GADTB: İranın adı açıqlanmayan yüksək vəzifəli rəsmilərindən biri ABŞ ilə diplomatik danışıqların nəticəsiz qalacağı təqdirdə …