Azərbaycanlı mədəni fəal Səfiyyə Qarabağinin məhkəmə iclası təxirə salınıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Zəncanda azərbaycanlı mədəni fəal Səfiyyə Qarabağinin məhkəmə iclası təxirə salınıb.

Səfiyyə Qarabağinin məhkəmə iclası iyunun 18-də irqçi fars rejimin Zəncan şəhərində yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçirilməli idi. Lakin məhkəmə sədri və şöbənin əvəzedici hakimi gəlmədiyi üçün məhkəmə proses ikinci dəfə təxirə salındı.

Qeyd edək ki, Səfiyyə Qarabaği Zəncan şəhərindən olan azərbaycanlı yazıçı, qadın hüquqları fəalı və mədəni fəallardan biridir. O keçən il “sosial şəbəkələr vasitəsi ilə sistemin əleyhinə təbliğ etmək”, “fitnə cərəyanını dəstəkləmək” və “yalan məlumatlar yaymaq” ittihamı ilə rejimin Zəncan şəhərində yerləşən Ettelaat İdarəsi tərəfindən yaxalanmışdır.

Əslində fəal bu ittihamlarla Beynəlxalq Ana Dili Günü saxlanılanları dəstəkləmək, qadın hüquqları pozuntularına etiraz etmək, ölkədə azadlığın olmaması və qadınlar haqda qəbul olunan qanunlara etiraz etmək, siyasi məhbuslara dəstək vermək, ədalətsizlik və ayrıseçkiliyə etiraz bildirmək və Mir Hüseyn Musəvinin atasının ölüm ilə bağlı yazılan başsağlığı mesajını imzalamaqla qarşılaşmışdır.

 

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …

Bir cavab yazın