Çərşənbə , Oktyabr 28 2026
azfa

Suğurluda Azərbaycanın Milli marşı Səsləndi; Əsrlik saxtakarlıq və təhrif Azərbaycan millətini susdura bilmədi- Video

GADTB: Azərbaycanın tanınmış sənədli filmi rejissoru Məhəmməd Əlimoradi Tikantəpənin Suğurlu bölgəsindən Azərbaycan Milli marşının ifa edilməsinin videosunu yaymaqla bir daha Güney Azərbaycan türk millətinin tarixi irsinin təhrif edilməsi və özgəninkiləşdirilməsi məsələsini xatırladıb.

Videonu şərh edən Məhəmməd Əlimoradi yazıb: “Yüz illik təhrif və saxtakarlıq Azərbaycan xalqının səsini susdura bilmədi. Dəmir dövründən qalan Suğurlu sivilizasiyası tarixi Atəşkədə adı ilə özgəninkiləşdirildi. Amma bu gün Azərbaycan xalqı bir daha öz haqq səsini ucaldır:”

Suğurlunun tarixi keçmişinə və türk kimliyinə toxunan azərbaycanlı sənədli film rejissoru Suğurlunun Azərbaycan türklərinin sivilizasiya irsinin bir parçası olduğunu bir daha xatırladıb.

https://t.me/GADTB1/45618

Həmçinin yoxlayın

Azərbaycanlı tələbə Günəş Fateh bir aylıq həbsdən sonra 6 milyard tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: Sulduzdan olan 21 yaşlı azərbaycanlı tələbə, Urmiya sakini Günəş Fateh təxminən bir aylıq həbs …

Mehrdad Qadirinin Təbriz Mərkəzi Həbsxanasının 15-ci bölməsinə köçürülməsi

GADTB: Azərbaycanlı fəal Mehrdad Qadiri oktyabrın 29-da, çərşənbə günü səhər tezdən Təbrizdəki iş yerinə molla …