Bazar , Oktyabr 25 2026
azfa

Molla rejimi “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə”yə sadiq qaldığını iddia edir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi nazirliyin mətbuat konfransında iddia edib ki, İran hələ də “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə” yə sadiqdir.

 “Beynəlxalaq Atom Enerjisi Agentliyi ilə əldə olunmuş razılaşma çərçivəsində İran yeni şəraitdə konstruktiv əməkdaşlıq mühiti yaratmağa çalışıb. Lakin təəssüf ki, üç Avropa ölkəsi (Böyük Britaniya, Almaniya, Fransa) bu xoşnyyətli yanaşmadan faydalanmayıblar. İran əvvəlcədən bəyan etmişdi ki, ölkəmizə qarşı istənilən düşmənçilik addımı, o cümlədən ləğv edilmiş qətnamələrin bərpasına yönəlmiş cəhdlər, Qahirə anlaşmasının icrasını qeyri-mümkün edəcək” İsmayıl Bəqayi bildirib.

Qeyd edək ki, bir müddət əvvəl İran və AEBA arasında Misirin paytaxtı Qahirədə razılaşma əldə olunmuşdu.

Lakin, İrana qarşı Avropa sanksiyalarının bərpasından sonra rəsmi Tehran bu razılaşmanın mənasını itirdiyini bildirmişdi.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …