Şənbə , Avqust 22 2026
azfa

Urmiya gölü ətrafında kəskin duz fırtınası baş verir

GADTB: Bu gün səhər saatlarından başlayaraq qurudulmuş Urmiya gölünün yatağından kəskin duz fırtınası başlayıb.

Duz fırtınası Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) bölgəsinə kimi yayılıb.

Səhiyyə mütəxəssisləri fırtınanın bölgə əhalisinin sağlamlığına ziyanı barədə xəbərdarlıq edib, fırtınanın yayıldığı bölgələrdə maskalardan istifadə etməyi tövsiyə ediblər.

Qeyd edək ki, irqçi fars-molla rejimin məqsədli tədbirləri nəticəsində artıq Urmiya gölü tamamilə quruyub. Urmiya gölünün tamamilə quruması peyk görüntülərində də müşahidə olunmur.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …