
GADTB: ABŞ-də yayınlanan “Long War Journal” nəşri Həmədan Universitetindəki son etirazlarla bağlı hesabatında yazıb ki, İran hakimiyyəti ölkə daxilində baş verən etirazları yatırmaq üçün Yaxın Şərqdəki müttəfiq silahlı qruplardan – Hizbullah, Həşd-Şəəbi və Əfqanıstanın “Fatemiyyun” diviziyasından – istifadə edir.
Məlumata görə, bu qüvvələr bir neçə dəfə İranın müxtəlif şəhərlərində etirazların yatırılmasında iştirak ediblər. Nəşr qeyd edir ki, daxili etirazlar zamanı ölkəyə xarici silahlıların gətirilməsi ilə bağlı narahatlıq artır. “Long War Journal”ın məlumatına görə, repressiyalara dəstək məqsədilə Livan “Hizbullahı”nın təxminən 5 min döyüşçüsü İrana göndərilib.
Qeyd olunub ki, Həmədan Əbu Əli Universitetinin tələbələri iraqlı “Həşd-Şəəbi” ilə əlaqəli tələbələrin qız tələbələrə sataşmalarına etiraz edərək, onların universitetdən çıxarılmasını tələb etmişdilər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi