Çərşənbə axşamı , İyun 16 2026
azfa

Urmiyaya köçmüş kürd terrorçuları tərəfdarları şəhəri təhlükəli duruma salırlar-Video

GADTB: İrqçi fars-molla rejim və kürd terror qruplaşmalarının birgə fitnəkarlığı ilə Urmiyaya köçmüş kürd terrorçuları tərəfdarları şəhəri təhlükəli duruma salırlar.

 “Ronahi Urmiyə” və Tikantəpənin “Qaraqoyunlu” futbol komandalarının Urmiyanın Təxti stadionunda baş tutan qarşılaşmasından sonra təhlükəsizlik qüvvələrinin açıq dəstəyi ilə şəhərə yerləşmiş bir qrup mühacir və şübhəli ünsür Kaşani küçəsində türklər əlehinə təxribat xarakterli şüarlar səsləndirərək bölgədə gərginliyə səbəb olub.

Hadisə şahidlərinin sözlərinə görə, özlərini “Runahi” komandasının tərəfdarı kimi təqdim edən bu şəxslər “Urmiya Kürdüstandır”, “Yaşasın Simitqo” kimi kürd terror qruplaşmalarına dəstək şüarları səsləndiriblər. Onlar avtomobillərin keçdiyi yolu bağlayıb, sakinlərin bəzi şəxsi avtomobillərinə də ziyan vurublar.

Terror tərəfdarlarının bu təxribatları İran İslam Respublikasının təhlükəsizlik orqanlarının susqunluğu və hətta gizli dəstəyi ilə müşayiət olunduğu və onun əsas məqsədinin Urmiyadakı türk sakinlərlə mühacir kürdlər arasında parçalanma yaratmaq olduğu bildirilir.

Azərbaycanlı milli fəallar əvvəlcədən xəbərdarlıq etmişdilər ki, işğalçı mühacirlərin bu cür təhqiramiz və təxribatçı davranışlarının təkrarlanması Azərbaycan xalqının, xüsusən də qeyrətli Urmiya əhalisinin qəti reaksiyası ilə nəticələnə bilər. Fars şovinizminin və onun yerli muzdlularının körüklədiyi fitnə atəşi ilk növbədə Azərbaycanın millətini ayağa qaldıracaq.

Video:

https://t.me/GADTB1/45750

Həmçinin yoxlayın

Molla rejimin zindanlarında siyasi məhbuslar edama qarşı aclıq aksiyası keçirir

GADTB: Molla rejimin zindanlarında həbsdə olan siyasi məhbuslar bu gün səhər saatlarından başlayaraq İranın 56 …

ABŞ və İran rəsmiləri razılaşmanın bəzi müddəalarına fərqli yanaşır

GADTB: “Vol Strit Jurnal” ın yazdığına görə, Amerika Birləşmiş Ştatları ilə İran 14 iyun tarixində …