Cümə axşamı , Oktyabr 15 2026
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) sayın Sara xanım Azərsunun anasının vəfatı münasibətilə başsağlığı mesajı yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azarsunun hörmətli anası dünyasını dəyişmişdir.

Sayın Sara xanımın anasının vəfatı münasibətilə Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) sədri sayın Əjdər bəy Tağızadə və bütün GADTB üzvləri dərin hüznlə başsağlığı verir.

Başsağlığı mesajında deyilir:

“Çox dəyərli Sara xanım! Hörmətli ananızın vəfatı xəbəri bütün GADTB üzvlərini də hüznə qərq etmişdir. GADTB rəhbərliyi və bütün üzvləri Sizə dərin hüznlə başsağlığı verir və mərhum ananıza rəhmət diləyir. Ruhu şad, məkanı cənnət olsun.

Tanrıdan Sizə və bütün ailə üzvlərinə səbir diləyirik. Son qəminiz olsun!”

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …